ABŞ Ukraynaya 1500 aviabomba satdı
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
15:41 | 19 mart 2022 | Şənbə
Məqaləyə 1068 dəfə baxılıb
Şriftin ölçüsü
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
ABŞ prezidenti Co Baydenin martın 18-də Çin lideri Si Tsinpinlə videoformat çərçivəsində telefonla danışığı diqqət mərkəzindədir. Danışığın təşəbbüskarı Ağ Ev sahibi olub. Baydenin məqsədi Çin liderini Ukraynada işğalçı müharibə aparan Rusiyaya dəstəkdən çəkindirmək idi.
Çin liderinin də ABŞ prezidentinə deyəcəyi fikirlər var idi.
Birincisi, Si Tsinpin deyib ki, ABŞ-la Çin dünyada sabitlik və barış üçün birgə məsuliyyət daşımalıdırlar. Bu zaman Çin lideri Rusiyanın adını çəkməyib. Bu Çin liderinin Moskvaya mesajıdır. İqtisadi baxımdan ABŞ və Çin dünyanın iki aparıcı dövlətidir. Rusiya geosiyasi və hərbi ambisiyalarına baxmayaraq, iqtisadi göstəricilərinə görə siyahıda geridədir.
İkincisi, Si Tsinpin iki böyük dövlət – ABŞ-la Çin arasındakı münasibətlərin normal olmadığını Baydenin diqqətinə çatdırıb. Çin liderinin sözlərinə görə, bu münasibətlər keçmiş prezident Donald Trampın vaxtında pozulub. Bayden Trampın rəqibi və kəskin tənqidçisi olsa da, faktiki sələfinin Çinlə bağlı xarici siyasətini davam etdirir ki, bu Pekinin narazılığına səbəb olub. Bunun səbəbi var. Çinin artan hərbi gücü və Tayvanı ələ keçirmək istəyi Vaşinqtonu ciddi narahat edir. Ona görə də Si Tsinpinin arzusuna baxmayaraq, yaxın illərdə iki ölkə arasında münasibətlərin normallaşacağını gözləmək çətindir.
Üçüncüsü, Si Tispin Ukrayna böhranın həlli üçün çıxış yolu göstərib: “ABŞ və NATO Rusiyanın təhlükəsizlik narahatlıqlarını ortadan qaldırmaq üçün Moskva ilə dialoq qurmalıdır”. Çin liderinin fikrincə, Ukrayna böhranı Rusiyanın beynəlxalq təhlükəsizlik sistemindən kənarda qalmasıyla izah edib.
Göründüyü kimi, Çin lideri telefon söhbətində Baydenə dərs keçməyə çalışıb. Ancaq Vaşinqton üçün bunun mənası yoxdur. ABŞ və NATO üçün geriyə dönüş mümkün deyil. Rusiya qırmızı cizgiləri aşıb və Ukraynada işğalçı müharibədən sonra Qərb Rusiyanın hazırkı hakimiyyəti ilə birgə ortaq təhlükəsizlik sistemi formalaşdırmayacaq.