vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
Bayden NATO-ya səfər edir 18:15 | 23 mart 2022 | Çərşənbə Məqaləyə 657 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bayden NATO-ya səfər edir

Cey Sallivan müharibə haqqında qeydlərini, Rusiya MN isə yuxuda gördüyünü dilə gətirib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Co Bayden çərşənbə günü Brüsselə səfər edir. Orada o, NATO və Avropa müttəfiqləri ilə görüşəcək və Ukraynaya hərbi müdaxiləsi səbəbilə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyi gözlənilir.

“O, təfərdaşlarımıza qoşularaq Rusiyaya əlavə sanksiyalar tətbiq edəcək və mövcud sanksiyaları gücləndirəcək ki, onlardan yayınmağın qarşısı alınsın və onların möhkəm şəkildə həyata keçirildiyi təmin olunsun,” Ağ Evin milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib.

Ukrayna prezidenti Vladimir Zelenskinin cümə axşamı NATO sammitində virtual çıxış edəcəyi gözlənilir. O, iclasdan öncə Qərb liderlərinin həm Rusiyaya əlavə sanksiyalar tətbiq həm də Ukraynaya daha çox yardım vəd edəcəklərini gözlədiyini deyib.

Rusiya qüvvələrinin Ukraynaya müdaxilə etməsindən, demək olar ki, bir ay keçir və getdikcə Ukrayna qüvvələrinin hücuma keçdikləri və Rusiya qoşunlarını hədəf aldıqları, bəzi hallarda isə itirdikləri torpaqları geri aldıqlarına dair əlamətlər artır.

Ukraynanın Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, qüvvələri ağır döyüşlərdən sonra Kiyev yaxınlığındakı Makarovi geri alıblar.

Belə görünür Ukrayna ordusu həmçinin Xarkovun 120 kilometr cənub-şərqində İzyum şəhərində, eləcə də ölkənin cənubunda Xerson şəhərinin ətrafındakı ərazilərdə əks-hücum əməliyyat keçirir.

ABŞ rəsmiləri Ukraynanın səyləri barədə şərh verməyi rədd edib, ancaq deyib ki, belə görünür ölkənin bəzi hissələrində vəziyyət dəyişir.

“Biz ukraynalıların bir az daha hücuma keçdiklərinə dair işarələr görürük”, Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə axşamı müxbirlərə deyib.

“Onlar müdafiə etməli olduqlarını düşündükləri yerləri çox ağıllı, çevik və kreativ şəkildə müdafiə ediblər”, o deyib. “İndi isə biz onların, xüsusilə də cənubda Xerson yaxınlığında itirdikləri əraziləri geri almağa çalışdıqlarını görürük”.

Başqa ABŞ rəsmiləri isə Rusiyanın hərbi əməliyyatları ilə bağlı daha açıq danışıb.

“Rusiya indiyədək açıq-aşkar uğursuzluğa düçar olub”, Ağ Evin milli təhlükəsizlik müşaviri Cek Sallivan Kremlin Ukrayna ilə bağlı planları haqda deyib.

“Rusiyanın bir şəhər, qəsəbə və ya daha çox ərazi almasından asılı olmayaraq, onlar heç vaxt qarşılarına qoyduqları məqsədə. bu ölkəni tabe etmək məqsədinə nail olmayacaqlar”, o deyib. “Ukraynanın cəsur vətəndaşları tabe olmaqdan imtina edirlər. Onlar mübarizə aparırlar”.

Rusiya Müdafiə Nazirliyi isə “Telegram”da ingilis dilindəki kanalında tamamilə fərqli bir mənzərə təsvir edib. Guya Ukrayna qüvvələri qaçıb və həmin vaxt ölkənin cənub-şərqinə doğru irəliləyən Rusiya qüvvələrinə tərif yağdırıb. Bundan başqa Ukraynanın yanacaq anbarlarını və mövqelərini “yüksək dəqiqlikli uzaqmənzilli” silahlarla sıradan çıxarmaqda müvəffəq olduğunu iddia edib.


Müxbirlərlə adının anonim qalması şərtilə danışan ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi Azov dənizindəki Rusiya gəmilərinin günlərdir şiddətli atəşə məruz qalan Ukraynanın Mariupol şəhərini bombalamağa başladığını təsdiqləyib.

Ancaq rəsmi deyib ki, başqa kəşfiyyat materialları Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin logistik kabusa çevrildiyinə işarə edir. Belə ki, Rusiya qüvvələri yanacaq, qida və dəqiq idarə olunan döyüş sursatlarının çatışmazlığından əziyyət çəkir.

Pentaqon rəsmiləri çərşənbə axşamı deyib ki, bu çatışmazlıqlar Rusiyanın “ən azından bir dəfə” Ukraynanın hərbi anbarını sıradan çıxarmaq üçün qabaqcıl hipersonik raketdən istifadə etməsinin səbəbi olar.

Bu arada isə Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, Rusiya Ukraynada öz məqsədlərinə çatmamasının acısını getdikcə daha çox mülki vətəndaşlardan çıxır.

“Aydındr ki, mülki vətəndaşlar arasında tələfatlar var və aydındır ki, rusların fərq qoymadan apardığı hücumlar nəticəsində tələfatlar hər gün artır”, Kirbi Pentaqonda müxbirlərə deyib.

Rusiya dəfələrlə müharibə cinayətləri ittihamlarını rədd edib. Birləşmiş Ştatlar və digər qərb ölkələri isə Rusiyanın Ukraynada kimyəvi və bioloji, və ya hətta nüvə silahlarından istifadə etməyə hazırlaşdığına dair narahtlıqlarını ifadə ediblər.

“Əgər bu, ölkəmiz üçün ekzistensial təhlükədirsə, ondan bizim konsepsiyamıza uyğun istifadə etmək olar”, Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı ABŞ-da qərargahlanan CNN televiziya kanalında Moskvanın nüvə arsenalından istifadə etməyi nəzərdən keçirib-keçirmədiyinə dair suala cavab olaraq bildirib.

“Bizim daxili təhlükəsizlik anlayışımız var və o ictimaidir. Nüvə silahlarından istifadə edilməsinin bütün səbəblərini oxuya bilərsiniz”, o əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Ağ Ev və Pentaqon rəsmiləri isə buna yaxından nəzarət etməyə davam edirlər.

“Biz bu potensial fövqəladə halı daim izləyirik və əlbəttə ki, onu mümkün qədər ciddiyə alırıq,” Cek Sallivan müxbirlərə deyib. “Biz bu potensial fövqəladə vəziyyətlə bağlı müttəfiqlər və tərəfdaşlarımızla məsləhətləşəcəyik... və potensial cavablarımızı müzakirə edəcəyik”.