Merz ağladı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
19:59 | 2 aprel 2022 | Şənbə
Məqaləyə 639 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
ABŞ Müdafiə Nazirliyi cümə günü Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün Urkaynaya 300 milyon dollar dəyərində “təhlükəsizlik yardımı” etdiyini elan edib. Bu, Rusiya fevralın sonunda ölkyə hərbi müdaxilə edəndən bəri Vaşiqntonun Ukraynaya ayırdığı 1.6 milyard dollara əlavədir.
Bu paketə lazerlə idarə olunan raket sistemləri, dronlar, sursat, gecə görmə cihazları, taktiki təhlükəsiz rabitə sistemləri, tibbi ləvazimatlar və ehtiyat hissələri daxildir.
“Bu qərar Ukraynaya ABŞ-ın Rusiyanın seçdiyi müharibəni dəf etmək səylərini dəstəkləmək üçün Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini vurğulayır”, Pentaqonun sözçüsü Con Kirbi açıqlamasında bildirib.
ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Ukrayna ordusuna yardım etmək üçün “əlavə imkanları müzakirə ediblər.” Bu barədə Ağ Ev telefon danışığından sonra verdiyi bəyanatda bildirib.
Konqres martın ortalarında Ukrayna və NATO-nun Şərqi Avropadakı müttəfiqlərinə 13.6 milyard dəyərində humanitar və hərbi yardımın daxil olduğu qanun layihəsini təsdiq edib.
Bundan qısa müddət sonra Bayden Ukraynaya 1 milyard dollarlıq yeni təhlükəsizlik yardımı elan edib.
Birləşmiş Ştatların Ukraynaya verdiyi hərbi avadanlığın böyük bir hissəsi öz ehtiyatlarından gəlib.
Lakin cümə günü elan olunan 300 milyon dollar Pentaqonun müdafiə sənayesindəki tərəfdaşlarından hərbi texnika üçün yeni müqavilələrə xərclənəcək.
Açıqlamada elan olunan texnologiyalardan birinə əlavə “Switchblade” taktiki dronlardır.
“Kamikaze dronlar” adlanan “Switchblade” dronları operator tərəfindən hədəfi tapıb, hazır olduğunda partlatmaq üçün idarə oluna bilər.
Kirbi əlavə edib ki, “Birləşmiş Ştatlar da həmçinin ukraynalıları əlavə imkanlarla təmin etmək müttəfiq və tərəfdaşları ilə birlikdə işləyir.”
Daha sonra cümə günü axşamı “The New York Times” xəbər verib ki, ABŞ Zelenskinin tələbi üzərinə sovet istehsalı olan tankların müttəfiqlərindən Ukraynaya transferinə imkan yaradacaq.
Bu ilk dəfədir ki, ABŞ tankların transferinə yardım edib, baxmayaraq ki, bu transferə hansı ölkələrin və neçə tankın cəlb olunacağına dair təfərrüatlar paylaşılmayıb.
Məlumatda ABŞ rəsmisinə istinadən bildirilib ki, tanklar Ukraynaya şərqdəki Donbas regionunda Rusiya hədəflərinə qarşı uzun-mənzilli artilleriya hücumları etməyə imkan yaradacaq.
Həftələrdir davam edən döyüşlərdən sonra Moskva ötən həftə diqqətini Rusiyapərəst separatçıların iki müstəqil respublika elan etdiyi Donbası “azad etməyə” yönəldəcək.
Rusiya fevralın 24-də Ukraynaya qoşun göndərmədən qısa müddət öncə özünü Donetsk və Luqansk Xalq Respublikaları adlandıran bölgələrin müstəqillyini tanıyıb.