35 ad hədəfdə
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
14:10 | 9 aprel 2022 | Şənbə
Məqaləyə 1318 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
Rusiya-Ukrayna müharibəsindən qazanclı çıxmağa çalışan Amerika Birləşmiş Ştatları Avropanın təhlükəsizliyini qorumaq üçün “Patriot” hava hücumundan müdafiə sistemlərini daha bir ölkədə -Slovakiyada (bu ölkə Ukrayna ilə sərhəddir) yerləşdirir.
Ağ Ev hədəflərini 4 ssenari üzrə müəyyənləşdirir:
1. Avropada hərbi iştirak səviyyəsini qaldırır,
2. Rusiyanı mümkün təcavüzlərdən çəkindirir,
3. Hücum olacağı təqdirdə Rusiyanın məqsədlərinə çatmamasına çalışır,
4. ABŞ həm də dünya silah bazarındakı liderliyini qoruyub saxlayır.
ABŞ “Patriot”ları dünyanın 18 ölkəsində yerləşdirib, onlardan yeddisi Avropa məkanında özünə mövqe seçib (Almaniya, Niderland, Yunanıstan, İspaniya, Rumıniya, İsveç və Polşa).
Hərbi mənada Rusiyanın Ukrayna sərhədlərindəki cinahlardan hava hücumundan müdafiə sistemləri vasitəsilə əhatəyə alındığını görürük: “Patriot”ların yerləşdirildiyi Rumıniya, Polşa, və həmin sistemlərin yerləşdiriləcəyi Slovakiya Ukrayna ilə sərhəddir.
Bu, Rusiyadan Ukraynaya gözlənilən yeni hücum planlarının mövcudluğu haqqında məlumatlar fonunda da diqqət çəkir.
Pentaqonun “Patriot” sistemlərini Slovakiyaya göndərməsinin qərarının arxasında Avropa ictimai-siyasi mühitində Rusiyaya qarşı patriotluq ovqatını da gücləndirmək meylləri dayanır.
Qərbin iki qüdrəti – ABŞ və Britaniya – Rusiyanın başqa ərazilərdə ocaqlar yandıracağı ehtimallarını əldə rəhbər tutaraq Avropadakı təhlükəsizlik zolağını gücləndirmiş rejimə kökləyir.
Tarixi təcrübədə ABŞ-ın da okeanın o tayından gələrək digər ölkələrə hərbi müdaxilələri olub, yəqin ki, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra ABŞ da özünü analoji metodla sınağa çəkəcək.
Mümkündür ki, ABŞ-ın hədəf taxtasındakı ölkələrdən biri Avropada olsun – məsələn, NATO üzvü olmayan və Rusiyaya aşırı simpatiya nümayiş etdirən Serbiya.
Rəsmi Belqrad Rusiyaya arxalanmaqdan və millətçi duyğulardan vəcdə gələrək Bosniya və Herseqovinaya məxsus Serb Respublikasındakı serbləri qızışdırıb ortaya salmaq taktikasını yürüdür ki, bu da Qərbi narahat edir.
Balkan regionundakı suların bulanıqlaşması Avropa üçün təhdidlərin miqyasını genişləndirir, ABŞ-ın qoca qitəyə hərbi qiyafədə iştirakını artırmaq missiyası da həmin səbəblərdən qaynaqlanır.
ABŞ-ın Slovakiyanı tamamilə öz orbitinə çəkməsinin əlamətləri təkcə “Patriot”la bitmir, iki ölkə arasında olan Müdafiə Əməkdaşlığı Sazişinə əsasən, Ağ Ev Slovakiyanın iki hərbi bazasından 10 il müddətinə istifadə etmək imkanı qazanıb.
Bununla da qlobal münasibətlər sistemində yeni dünya düzəni yaratmaq ideyalarının tətbiqinin başqa mərhələyə keçəcəyi ehtimalını səsləndirməyə əsaslar yaranır.
ABŞ-ın Avropadakı canlı qüvvə və hərbi texnika sayın artırması həmin fazaya keçidə məşqlərdir.