
Hədiyyə təyyarənin fəsadı
Qətərin Trampa bağışladığı 400 milyon dollarlıq “Boeing” təhlükəsizlik böhranına səbəb olub
Qətərin Trampa bağışladığı 400 milyon dollarlıq “Boeing” təhlükəsizlik böhranına səbəb olub
Pentaqon “Chinook” helikopterlərinin və “F-16” hissələrinin satışını təsdiqlədi
ABŞ prezidenti səhər saatlarında Ər-Riyada gəlib
Tramp: “Suriyaya qarşı sanksiyaları ləğv etməyi düşünürük”
Meksika hökuməti “Google” şirkətini məhkəməyə verir
Danışıqların dördüncü raundundan Vaşinqtonun Tehrana növbəti zərbəsi
Çin və ABŞ qarşılıqlı tariflərin azaldılması ilə bağlı razılığa gəliblər
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
Skulpturun 2,75 metrlik tunc variantının hazırlanması da planlaşdırılır
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
Prezident Co Bayden amerikalıların ciblərinə dəyən zərəri “Putinin qiymət artımı” kimi izah edir. Onun administrasiyası artıq bir aydan çoxdur qiymətlərdəki artıma görə Rusiya Prezidentinin Ukraynaya hərbi müdaxiləsini günahlandırır. Amma təhlilçilər deyir ki, həqiqət bundan daha mürəkkəbdir.
Ukraynada yeddi həftə öncə müharibə başlayandan bəri qiymətlər artır və təkcə amerikalılar üçün deyil.
Dünya boyu, hətta Mərakeş, Braziliya və Hindistan kimi münaqişədən uzaq yerlərdə belə benzindən tutmuş, gübrəyə, ərzağa qədər hər şeyin qiyməti qalxır.
Prezident Co Bayden bunu izah etmək üçün bir şüar hazırlayıb: “Putinin qiymət artımı”.
“Mən qiymətləri aşağı salmaq və Putinin qiymət artımını həll etmək üçün səlahiyyətim daxilində, sərəncam vasitəsilə hər şeyi edirəm. Əslində, biz martdakı inflyasiya ilə bağlı məlumatları toplayandan bəri artıq irəliləyiş əldə etmişik. Sizin ailə büdcəniz, sizin çəninizi doldurmaq imkanınız, bunların heç biri diktatorun müharibə elan edib-etməməsindən və dünyanın yarısından uzaqda soyqırım törətməsindən asılı olmamalıdır”, Prezident Bayden deyib.
O, çərşənbə axşamı Ayovaya səfəri zamanı benzinə qatıla bilən etanolun faizini artırıb. Bu, benzinin qiymətini aşağı salacaq, ancaq işlənmiş tüstü yaratmaq riski olan bir addımdır.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə dünya boyu ərzaq mallarının qiyməti artıb. Birləşmiş Millətlər Təşkilatının ərzaq agentliyi bildirib ki, müharibə buğda, qarğıdalı və bitki yağının qiymətini artırıb.
Ancaq iqtisadçılar əmtəə qiymətlərinin artması, inflyasiya siyasətinə dəstək, pandemiyadan sonra tələbin artması və tədarük zəncirindəki fasilələr kimi daha geniş və daha uzun tendensiyanı səbəb olaraq göstərirlər.
Mühafizəkar təhlilçilər deyir ki, bunun tək və ya hətta ən böyük səbəbi Putin deyil.
“Bu, Putinin Ukraynaya hərbi müdaxiləsindən uzun müddət öncə baş verib. Ona görə də administrasiya birinici “İnflyasiya yoxdur” deyirdi, daha sonra isə “İnflyasiya var, amma keçicidir. Ona görə də, narahat olmayın” deməyə başladılar. Sonra isə inflyasiya böyük problemə çevrildi. Sonda isə inflyasiya yaxşı bir şey oldu. İndi isə onlar yenidən ssenarini dəyişirlər. Belə ki, inflasiya həm pisdir, həm də onların günahı deyil. Bu, Putinin günahıdır. Mən təxmin edirəm ki, son bir ildə şahid olduğumuz 8 – 8.5 faiz artımın Ukraynaya hərbi müdaxilə ilə heç bir əlaqəsi yoxdur. Bu, yeni bir fenomendir. Bu da qiymətlərin, xüsusən də işğaldan əvvəl enerji qiymətlərinin qalxmasını izah etmir", Heritage Fondundan EJ Antoni bildirib.
Başqaları isə deyir ki, günahın böyük payı Putinin üzərinə düşür.
“Məncə, müharibə olmasaydı, qiymətlərin pik həddə çatacağını və azalmağa başlayacağını iddia edə bilərdiniz. Amma müharibə olduğu üçün, bəli, bu, Putinin səbəb olduğu qiymət artımıdır. Məncə buna şübhə yoxdur. Əvvəl də dediyim kimi, bunu o başlatmadı. Bu, müharibədən çox öncə başlamışdı. Amma o hər şeyi daha da pisləşdirdi və buna görə günahın böyük hissəsi onun boynuna düşür,” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Vilyam Reinş bildirib.
Rusiyanın iqtisadiyyatı da ABŞ və NATO müttəfiqlərinin tətbiq etdiyi sanksiya dalğaları səbəbilə böyük ziyan görüb. Ölkənin mərkəzi bankı faiz dərəcələrini kəskin şəkildə artırmaqla və başqa nəzarət tədbirləri görməklə rublun dəyərini gücləndirib.