Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:57 | 15 aprel 2022 | Cümə
Məqaləyə 987 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Prezident Co Baydenin administrasiyası Rusiyanın təcavüzünə məruz qalmış Ukraynaya 800 milyon dollar dəyərində yeni hərbi yardım ayırdığını bəyan edib. ABŞ prezidenti yeni yardımı Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı müzakirə edib. Pentaqonun bildirdiyinə görə, Birləşmiş Ştatların bununla Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı vaxtdan 2,6 milyard yardımı da daxil olmaqla, Bayden administrasiyasının hakimiyyətə gəlməsindən sonra Ukraynaya təhlükəsizlik məqsədilə ayırdığı yardım 3,2 milyard dollardan çox təşkil edir.
Rusiya qüvvələrinin fevral ayında hərbi müdaxiləsindən sonra ümumi məbləği 2,5 milyard dollardan çox olan yardımın bu son hissəsinə artilleriya sistemləri, artilleriya mərmiləri və zirehli personal daşıyıcılar daxildir.
Pentaqonun sözçüsü Con Kirbi jurnalistlərə bildirib ki, bəzi yeni hərbi texnika üçün Ukrayna qüvvələrinə təlim verilməsi tələb olunur.
“Ukrayna qüvvələrinə yəqin ki, əlavə təlim tələb edən sistemlər haubitsalar (və)... əks-artilleriya radarlarından ibarətdir. Bunlar işləmək çox çətin sistem deyil, lakin onların inventarında yoxdur”, Con Kirbi deyib.
Yeni təhlükəsizlik yardım paketi prezidentin fövqəladə hallara cavab olaraq Konqresin razılığı olmadan ABŞ-ın ehtiyatlarından maliyyə və xidmətlərin ötürülməsinə icazə verə fondlar tərəfindən maliyyələşdiriləcək.
Zelenski ölkəsi minlərlə insanın ölümünə və milyonlarla insanın qaçqın və məcburi köçkün olmasına səbəb olan müharibə şəraitində olduğu vaxt ABŞ və Avropa liderlərindən daha ağır silah və texnika təmin etmələrini istəyib.
Rusiya Ukraynada hərəkətlərini Ukraynanın hərbi qabiliyyətini dağıtmaq və təhlükəli millətçi hesab etdikləri şəxsləri ələ keçirmək üçün aparılan “xüsusi əməliyyat” adlandırır, lakin Ukrayna və Qərb Rusiyanın əsassız, işğalçı müharibəyə başladığını bildirir.
ABŞ ordusunun təqaüddə olan mayoru və Madison Siyasət Forumu tədqiqat mərkəzinin eksperti Con Spenser Birləşmiş Ştatların artilleriya və mərmiləri göndərməsini razılıq hissi ilə qarşılaşdığını deyib.
“Bu mərhələdə, mən hesab edirəm ki, bu, siyasətdə dəyişiklikdir, biz başa düşürük ki, Ukraynaya açıq şəkildə Rusiya ilə mübarizə aparmaq və Şərqi Ukraynada itkilərin qarşısını almaq qabiliyyəti lazımdır... Məncə, bu, siyasətdə və lazım olan vasitələri tanımaqda dəyişiklikdir, bu, şübhəsiz ki, fərqlidir”, o, “Reuters” agentliyinə bildirib.
ABŞ Müdafiə Nazirliyinin verdiyi məlumatına görə, təhlükəsizliklə bağlı yeni yardım paketinə ABŞ-ın dəstəklədiyi hökumət süqut etməzdən əvvəl Əfqanıstan üçün nəzərdə tutulmuş 11 ədəd Mi-17 helikopteri və 18 ədəd 155 mm-lik haubitsa, əks-artilleriya radarları və 200 zirehli personal daşıyıcısı daxildir.
Bu, ilk dəfədir ki, ABŞ tərəfindən Ukraynaya haubitsalar verilir
Prezident Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətindən sonra verdiyi bəyanatda bildirilir ki, Rusiya qüvvələrinin fevral ayında hərbi müdaxiləsindən sonra ümumi həcmi 2,5 milyard dollardan çox təşkil edən hərbi yardımın son paketinə artilleriya sistemləri, artilleriya mərmiləri, zirehli personal daşıyıcılar və pilotsuz sahil müdafiə gəmiləri daxildir.