
Türk dünyasına gedən yol
İlham Əliyev: “Biz hər zaman sizinlə olacağıq ki, ölkəniz beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”
İlham Əliyev: “Biz hər zaman sizinlə olacağıq ki, ölkəniz beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”
Ersin Tatar: “İki dövlətli həll tələbindən geri çəkilməyəcəyik”
BMT baş katibi DƏP əməkdaşının öldürülməsini pisləyib
Dünya liderlərini bir araya gəlib
BMT-nin baş katibi Quterreş: “Veto hüququnu bəyənmirəm”
Quterreş: “Biz çoxtərəfli institutları bugünkü reallıqlara uyğunlaşdırmalıyıq”
Quterreş “Gələcəyin Zirvəsi” ərəfəsində qlobal institutları islahat etməyə çağırıb
BMT baş katibi: “Həyatımızın mübarizəsindəyik və məğlub oluruq”
“Bu müharibə nə qədər tez bitsə, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır”
Kreml BMT Baş katibinin iki xahişini rədd etdi
Rusiya prezidenti müharibənin danışıqlarla bitəcəyinə ümid edirmiş
Quterreş Moskva və Kiyevdən əvvəl Ankaraya səfər edəcək
Qondarma qurumun saxtakarlığını müşahidə etməyə nümayəndə göndərən ölkələrə nota göndərilməlidir
Ukrayna böhranı bəşəriyyətin beşdə birini, yəni 1.7 milyard nəfəri aclığa, səfalətə sürükləyə bilər. Bunu BMT-nin Baş katibi Antonio Quterres Çexiyada dərc olunan “Seznam Zpravy” nəşrinə müsahibəsində deyib.
Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Qərb Moskvaya sərt maliyyə sanksiyaları açıqlayıb.
***
“Ukraynada yaşanan faciəni hamımız görürük. Amma sərhədlərin o tayında müharibə inkişaf etməkdə olan dünyaya sakit hücuma keçib. Böhran bəşəriyyətin beşdə birindən çoxunu, 1.7 milyard nəfəri on illərlə görünməmiş miqyasda yoxsulluq və aclığa sürükləyə bilər”, – Quterres vurğulayıb.
Onun sözlərinə görə, dünyada buğda və arpa istehsalının 30 faizi, qarğıdalının beşdə biri, bütün günəbaxan yağının yarıdan çoxu Ukrayna və Rusiyanın payına düşür. Dünyada 45 ən az inkişaf etmiş ölkələrin idxal etdiyi buğdanın isə 33 faizindən çoxu Rusiya və Ukraynadan gedir.
BMT-nin Baş katibi deyir ki, Ukrayna böhranı dənli bitkilər ixracını önləyir, təchizat zəncirini pozur, qiymətlər sürətlə qalxır. 2022-ci ilin əvvəlindən buğda və qarğıdalı 30 faiz bahalanıb, “Brent” markalı neftin qiyməti 60 faizdən çox, qaz və gübrənin qiyməti isə 50 faizdən çox qalxıb.
***
Quterres “varlını varlandıran, yoxsulu kasıblaşdıran” dünya maliyyə sistemini dəyişəcək qlobal islahatlara çağırıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) başçısı Kristalina Georgiyeva ötən həftə deyib ki, Ukrayna münaqişəsi bu il 143 iqtisadiyyat üçün proqnozların azalmasına səbəb olacaq. Bu iqtisadiyyatlar isə qlobal ÜDM-nin 86 faizini təşkil edir.
BVF, Dünya Bankı, Dünya Ərzaq Proqramı (WFP) və Dünya Ticarət Təşkilatı (DTT) ötən həftə birgə bəyanatda, hələ də davam edən COVID-19 pandemiyası və Ukrayna böhranı fonunda ərzaq təhlükəsizliyini yoluna qoymaqdan ötrü təcili, koordinasiyalı addımlara çağırıb.