Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:58 | 21 aprel 2022 | Cümə axşamı
Məqaləyə 1191 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Oman körfəzində gərginlik
ABŞ-ın maliyyə naziri Canet Yellen və onun kanadalı və Avropa İttifaqından olan həmkarları aprelin 20-də Rusiyanın Ukraynaya qarşı təcavüzünə etiraz olaraq “G-20” qrupunun iclasını nümayişkaranə şəkildə tərk ediblər.
Britaniya, Fransa və Kanada rəsmiləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən yaz görüşü zamanı G20 qrupunun virtual iclasını tərk ediblər.
Yellen iştirakçılara bildirib ki, o bu görüşdə Rusiyanın vəzifəli rəsmilərinin iştirakına qarşıdır.
ABŞ-ın maliyyə naziri xəbərdarlıq etmişdi ki, bu iclaslarda Rusiya rəsmilərinin iştirak edəcəkləri təqdirdə, o və onun qlobal həmkarları tədbiri tərk edəcəklər.
AFP agentliyi bildirir ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko da onlara qoşularaq iclası tərk edib.
Britaniyanın maliyyə naziri Rişi Sunak deyib ki, o, Yellen və Kanada baş nazirinin müavini Kristiya Friland iclası Rusiya nümayəndəsinin çıxışı başlayan kimi tərk ediblər.
Sunak bu barədə özünün “Twitter” hesabından yazıb: “Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə həmrəyik və beynəlxalq koordinasiya ilə Rusiyanın cəzalandırılmasını davam etdirəcəyik”.
Friland da bu barədə tvit paylaşıb: “Dünya demokratiyaları Rusiyanın təcavüzünə və müharibə cinayətlərinə sakitcə baxmayacaqlar. Bugün Kanada və onun demokratik partnyorları Rusiyanın iştirakına görə “G-20” qrupunun plenar iclasını tərk ediblər”.
Bu, Vladimir Putinin Ukraynaya təcavüzə əmr verməsindən bəri G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ilk iclası idi.
Bu il İndoneziyanın sədrlik etdiyi G20 qrupuna Birləşmiş Ştatlar, Hindistan, Çin, Braziliya, Yaponiya, bir neçə Avropa ölkəsi, habelə Rusiya daxildir.