Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
20:52 | 21 aprel 2022 | Cümə axşamı
Məqaləyə 785 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
“Blokadanızı donanmamızla yararıq”
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Prezident Co Bayden ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq əlavə yardım edəcəyini açıqlayıb. Bayden cümə axşamı Ağ Evdə “Bu paketə ağır artilleriya silahları, onlarla haubitsa və həmin haubitsalar üçün 144 min mərmi daxildir”, deyib.
Birləşmiş Ştatlar keçən həftə oxşar miqdarlı paket elan edib və yeni yardım, çox güman ki, Donbasın şərqindəki döyüşlər üçün istifadə ediləcək.
Rusiya Prezidenti Vladimir Putin cümə axşamı öz qüvvələrinə Ukraynanın Mariupol şəhərində Ukrayna qüvvələrinin saxlandığı polad zavoduna hücum etməməyi əmr edib.
Putin müdafiə naziri Sergey Şoyquya televiziya ilə görüşü zamanı deyib ki, Rusiya qüvvələri zavodu “milçəyin belə oradan keçməməsi üçün” mühasirəyə almalıdır və həmin əraziyə hücum planı Rusiya ordusunu gərəksiz riskə atacaq.
Şoyqu Putinə Azovstal zavodunda 2000 Ukrayna əsgərinin olduğunu, lakin əsas liman şəhəri olan Mariupolun qalan hissəsinin “azad edildiyini” deyib.
Ukrayna Baş nazirinin müavini İrina Vereşuk Rusiyadan mülki əhalinin və yaralı əsgərlərin humanitar dəhliz vasitəsilə zavoddan çıxarılmasına icazə verməsini tələb edib.
“Orada 1000-ə yaxın mülki əhali və 500 yaralı əsgər var. Onların hamısını bu gün Azovstaldan çıxarmaq lazımdır” - deyə, Vereşuk cümə axşamı internet paylaşımında bildirib.
Vereşuk həmçinin çərşənbə günü dörd avtobusun Mariupoldan dinc əhalini təxliyə edə bildiyini deyib.
Rusiyanın fevralın 24-də ölkəni işğal etməzdən əvvəl 400 min insanın yaşadığı Mariupolda 100 mindən çox ukraynalının ilişib qaldığı güman edilir.
ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü Panamada keçirilən diplomatik konfransda “Orada vəziyyət həqiqətən dəhşətlidir” deyib. O, Mariupol sakinlərinə çıxmağa imkan verən humanitar dəhlizlərin “çox tez dağıldığını” vurğulayıb.
Mariupol uğrunda döyüş Moskvanın hərbi mövcudluğunu artırdığı strateji əhəmiyyətli Donbas bölgəsində Rusiyanın genişmiqyaslı hücumunun bir hissəsidir.
Atlantika Şurasının Avrasiya Mərkəzinin baş direktoru və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con E.Herbst Amerikanın Səsinə “Moskvanın hazırkı məqsədi şərqdə və cənubda nəzarətini genişləndirməkdir. Əslində onlar Xarkov və Odessanı ələ keçirmək istərdilər. Lakin bu böyük istəkdir. Onlar Mariupolla kifayətlənməli ola bilər” deyib.
Martın 25-də Ukraynanın şimalındakı itkilərindən sonra Moskva strategiyasında böyük dəyişiklik etdi və Donbasda hərbi nailiyyətləri möhkəmləndirmək və Krıma qurudan körpü yaratmaq üçün paytaxt Kiyevin ətrafı da daxil olmaqla, qüvvələrini şimaldan geri çəkdi.