ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
14:16 | 25 aprel 2022 | Bazar ertəsi
Məqaləyə 567 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Ukrayna ordusunda çinlilər də döyüşür
Aprelin 25-də Rusiyanın Ukraynanın mərkəzi Vinnitsya vilayətində iki şəhərə raket zərbələri endirib, ölən və yaralıların dəqiq sayı bəlli deyil. Məlumatı vilayət qubernatoru Sergey Borzov verib. Borzov Telegram mesajlaşma tətbiqində videomüraciətində deyir ki, “düşmən vacib infrastrukturu vurmağa çalışır”. Rusiya isə onun dediklərini şərh etməyib.
***
Ukraynanın şimalında, Rusiya ilə sərhəddə isə aprelin 25-də neft obyektində yanğın başlayıb. Neft çənlərində yanğının səbəbi aydın deyil.
NASA-nın yanğınları izləyən peykləri Ukrayna sərhədindən 110 km şimalda “Rosneft”in obyektinə uyğun gələn koordinatlarda yanğın qeydə alıb. Moskva daha öncə Ukrayna ilə həmsərhəd Bryansk vilayətində hücumlara görə Ukraynanı suçlayıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı Kremençuk neft emalı zavodunu uzaq mənzilli raketlərlə, Ukraynada hərbi obyektləri vurduğunu bildirib.
“Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirirlər”, – nazirlik bildirir.
Ancaq Rusiyanın bəyanatını müstəqil təsdiqlətmək mümkün olmayıb. Ukraynanın Poltava vilayətinin qubernatoru Dnepr çayı sahilindəki Kremençuk emal zavodunun bu ayın əvvəlində dağıdıldığını bildirib.
***
ABŞ Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər zamanı bu ölkəyə əlavə olaraq 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım vəd ediblər. Bu pulun yarısı Ukraynaya gedəcək, qalanı NATO üzvləri və regiondakı digər müttəfiqlər arasında bölünəcək.
Bundan başqa Vaşinqton Kiyevə 165 milyon dollarlıq sursat satacaq.
ABŞ-ın iki yüksək rütbəli rəsmisinin səfəri onlar Ukrayna ərazisini tərk edəndən sonra təsdiqlənib.
Blinken səfərdən sonra deyib ki, Rusiya müharibədəki hədəflərinə çatmır, “Ukrayna isə müvəffəq olur”.
Prezident Co Bayden ötən il hakimiyyətə gələndən Birləşmiş Ştatlar Ukraynaya 4 milyard dollarlıq hərbi yardım verib. Ötən həftə isə 800 milyon dollarlıq yeni yardım paketi açıqlanıb.
Polşa-Ukrayna sərhədi yaxınlığında jurnalistlərə danışan Blinken deyib ki, Ostinlə birlikdə Polşadan Ukraynaya qatarla gedib.
Ostin Kiyevə səfəri “çox məhsuldar, məşğul” adlandırıb.
BMT-nin Baş katibi Antonio Quterres aprelin 25-də Türkiyəyə, daha sonra Moskvaya və Kiyevə səfər edəcək. Zelenski Quterresin Ukraynadan öncə Rusiyaya səfər etməsini “səhv” adlandırıb.
***
Moskva hərbi hədəfini Ukraynanın şərqinə yönəldəndən kiçik irəliləyişlər əldə edib. Britaniyanın Müdafiə Nazirliyi aprelin 25-də yaydığı hərbi bülletendə belə deyir.
“Rusiya Donbası tam işğal etməyə fokuslanandan bəri kiçik irəliləyişlər əldə edib. Yerində yetərincə logistik və döyüş dəstəyi olmadığından Rusiya əhəmiyyətli dərəcədə irəliləməyib”, – qurum bildirir.
“Ukraynanı Mariuoldakı müdafiəsi isə Rusiya bölmələrinin çoxunu tükəndirib, onların döyüş effektini azaldıb”, – bülletendə vurğulanır.
***
ABŞ-ın Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin isə Kiyevə səfər ediblər. Rusiya isğalına qarşı daha çox silah istəyən Prezident Vladimir Zelenski onlarla görüşüb.
Moskva fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan ABŞ ilk dəfədir bu ölkəyə ən yüksək rütbəli rəsmilərini göndərir. Avropa liderlərindən Britaniyanın Baş naziri Boris Conson, Polşa, Litva, Latviya və Estoniya prezidentləri müharibə dönəmində Kiyevdə olublar.
Vaşinqtonda yerləşən “RAND Corp.” mərkəzinin təhlilçi Bil Kurtney deyib ki, bu səfər Bayden administrasiyasının “Zelenskiyə və Ukraynaya şəxsi dəstəyini göstərir”, eyni zamanda “Kiyevin xarici liderlər üçün kifayət qədər təhlükəsiz olmasına inam yaradır”.
***
Müharibənin ilk günlərində Kiyevi tutmağa çalışan Rusiya qüvvələri paytaxtı atəş altında saxlayıb, yüzminlərlə insan şəhərdən qaçmalı olub. Amma sərt müqavimətlə üzləşən Rusiya geri çəkilib.
Hazırda Kreml Ukraynanın şərqi Donbas regionunu tam tutmağa çalışır. 2014-cü ildə Krımı ilhaq edən Rusiya Donbasdakı separatçıları dəstəkləməyə başlayıb.
Ukrayna müharibənin böyük çöllərdə baş verəcək yeni fazası üçün Qərbdən ağır artilleriya istəyib.
Sülh danışıqlarından əl çəkən Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisindən mümkün qədər çox tutmağa çalışır. “Financial Times” bunu Rusiya prezidenti ilə söhbətlərdən xəbərdar üç nəfərə istinadla aprelin 24-də yazıb.
Putin münaqişəyə son qoyulmasına çalışan şəxslərə deyib ki, həll perspektivləri görmür, qəzet yazıb.