
Heqset “1-2 il geri düşdü” deyir
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Qurğuşun bahalaşıb, alüminium gözləyir
ABŞ prezidenti FED sədrinin dirəncini qıra biləcəkmi?
ABŞ prezidenti ticarət müqaviləsi imzalandığını açıqladı
İki nəfər casusluq ittihamı ilə həbs edilib
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
“Trampa hücum zamanı 5 dəfə atəş açıldığı güman edilirdi”
Atəşkəsdən sonra Hörmüz iddiası
Tramp yenə Maskı tənqid etdi, “Tesla” səhmləri düşdü
“Üzr istəmirik, peşman deyilik”
“Bu təcridxanadan yeganə çıxış yolu deportasiyadır”
Donald Tramp: “30-40 ildir ABŞ-ı taladıqları üçün ərköyünləşiblər”
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
“Qiymət məsələsi alman alıcıları üçün çox vacibdir”
ABŞ prezidenti Co Bayden bu həftə Asiyaya altı günlük səfərini Çinə beynəlxalq nizamın fundamental prinsiplərini dəstəkləməsi barədə xəbərdarlıqla sona çatdırıb. Yaponiya, Hindistan və Avstraliya liderləri ilə Tokioda sammitdə çıxış edən Bayden bildirib ki, “ərazi bütövlüyü, suverenlik, beynəlxalq hüquq və insan hüquqları dünyanın harasında pozulmasından asılı olmayaraq, həmişə qorunmalıdır”. Sammitdə Dördlük kimi tanınan qrupun liderləri Asiyada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi təcavüzkar hərəkətlərin qarşısını almağa söz veriblər.
Tokioda Dördlük kimi tanınan qeyri-rəsmi qrupun sammiti zamanı Yaponiyanın baş naziri Fumio Kişida, Hindistanın baş naziri Narendra Modi və Avstraliyanın yeni seçilmiş baş naziri ntoni Albanese ABŞ prezidenti Co Baydenlə birlikdə Ukraynada müharibəni pisləyiblər.
“Biz ümumi tariximizin qaranlıq dövrünü yaşayırıq. Rusiyanın Ukraynaya qarşı amansız və əsassız müharibəsi humanitar fəlakətə səbəb olub”, – Bayden bildirib.
Dördlük liderləri Çinə yönəlmiş açıq mesajda Asiyada oxşar təcavüzkar hərəkətlərin qarşısını almağa söz verib.
“Biz həmçinin razılaşdıq ki, status-kvonu güc yolu ilə dəyişdirmək üçün birtərəfli cəhdlərə heç vaxt heç bir yerdə yol verilməyəcək”, – Yaponiyanın baş naziri Fumio Kişida deyib.
Çinin işğal etdiyi halda ABŞ-ın Tayvanı müdafiə etmək üçün müdaxilə edə biləcəyini söylədikdən bir gün sonra Bayden ABŞ-ın Tayvanla bağlı strateji qeyri-müəyyənlik siyasətinin dəyişməz olduğunu bildirib.
“Bu siyasət ümumiyyətlə dəyişməyib. Bunu dünən açıqlama verəndə demişəm”, – Bayden bildirib.
Çoxları Çinin Tayvanı mümkün işğal etməsindən ehtiyat etsə də, Çinin militarizasiya siyasətinin ən çox Pekinin süni adalar yaratdığı və hərbiləşdirdiyi Cənubi Çin dənizinin mübahisəli sularında hiss olunduğu bildirir.
Çin hərbi xərclərini kəskin şəkildə artırıb və hazırda ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə malikdir.
“Qabiliyyət baxımından o hələ də Birləşmiş Ştatlardan çox aşağıdır, lakin qlobal səviyyədə olmasa da, ən azı Asiya-Sakit Okean regionunda kifayət qədər sürətlə ona yaxınlaşır”, – “Loui” İnstitutunun Beynəlxalq Təhlükəsizlik Proqramının direktoru Sam Roqqevn deyib.
Dördlük liderləri həmçinin qeyri-qanuni balıqçılığın azaldılmasına yönəlmiş təşəbbüsü də açıqlayıblar.
Qeyri-qanuni, qeydə alınmamış və tənzimlənməmiş balıq ovu xəritələrini göstərən 2021 Balıqçılıq İndeksinə görə, Çin bu sahədə ən çox pozuntulara yol verir.
Lakin Çin regionda bu təcrübə ilə məşğul olan yeganə ölkə deyil.
“Mən hesab edirəm ki, bu, Çinin öz sularında fəaliyyətinə diqqəti cəlb etmək məqsədi daşıyır. Lakin eyni zamanda burada ABŞ və Dördlük ölkələrinin cəlb etməyə çalışdığı bəzi ölkələrə də diqqət yönəldir”, – Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Aaron Konnelli bildirib.
Dördlük ölkələri qrupu sammit keçirən zaman Rusiya çərşənbə axşamı təyyarənin videosunu yayımlayaraq, Yapon və Şərqi Çin dənizləri üzərində Çinlə birgə hava patrulları həyata keçirdiyini bildirib.