Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:11 | 3 iyun 2022 | Cümə
Məqaləyə 759 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Prezident Co Bayden Ukraynaya əhəmiyyətli yeni təhlükəsizlik yardımı paketini açıqlayıb. “Ukrayna xalqı öz ölkəsini və demokratiyanı Rusiya təcavüzündən qorumaq üçün cəsarətlə mübarizə apararkən dünyanı cəsarəti və qətiyyəti ilə ruhlandırmaqda davam edir. ABŞ ukraynalı tərəfdaşlarımızın yanında olacaq və Ukraynanı özünümüdafiə üçün silah və texnika ilə təmin etməyə davam edəcək”, – deyə prezidentin bəyanatında deyilir.
Yeni təhlükəsizlik yardım paketi “Ukrayna ordusuna vaxtında və kritik yardım göstərmək” üçün nəzərdə tutulub.
“ABŞ Konqresinin böyük ikitərəfli dəstəyi ilə qəbul edilən Ukrayna üçün əlavə maliyyə vəsaiti ilə Birləşmiş Ştatlar Rusiyanın hücumlarını dəf etmək üçün Ukraynanı daha çox silahla təmin etməyə davam edə biləcək. Bu yeni paket onları ərazilərini Rusiya irəliləyişindən qorumaq üçün yeni imkanlar və müasir silahlarla, o cümlədən sursatlarla birgə HİMARS-la təchiz edəcək. Biz Ukraynanın azadlıq mübarizəsini dəstəkləmək üçün tarixi yardım göstərməkdə dünyaya liderlik etməyə davam edəcəyik”, – deyə, Bayden qeyd edib.
Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Ukraynaya 700 milyon dollar dəyərində hərbi texnika və avadanlıq göndərir. Bu, fevralın 24-dən bəri 11-ci hərbi yardım paketidir.
Bu paketlə birlikdə fevralın 24-dən etibarən ABŞ-ın Ukraynaya ümumi hərbi yardımı təxminən 4,6 milyard dollar təşkil edəcək.
Bu yardım Konqresin Ukraynaya dəstək üçün ayırdığı 40 milyardın bir hissəsi kimi maliyyələşdirilir.
ABŞ-ın hərbi yardımı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək mövqeyini gücləndirəcək, döyüş meydanında qələbələri təmin edəcək və son nəticədə Ukraynanın danışıqlar masası arxasında mövqeyini möhkəmləndirəcək.
Blinkenin bəyanatında vurğulanır ki, “Ukraynaya səbəbsiz və qəddar işğalının başlanmasından keçən üç ay ərzində Rusiya strateji məqsədlərinə nail ola bilməyib.