Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:46 | 4 iyun 2022 | Şənbə
Məqaləyə 1105 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin tabeçiliyində olanların qarşısında Rusiyaya kömək etmək imkanlarının axtarılıb tapılması vəzifəsini qoyub. Lakin onlar bunu elə etməlidirlər ki, Çin Qərb sanksiyalarına tuş gəlməsin. Bunu Çin və ABŞ-da iki anonim mənbəyə istinadən The Washington Post qəzeti yazıb. Qəzet yazır ki, Rusiya Ukraynada müharibəyə başlayandan bəri artıq dəfələrlə Çinə iqtisadi dəstək üçün müraciət edib.
Moskva Pekindən habelə maliyyə və texnoloji dəstək gözləyir. Lakin Pekin mümkün ABŞ sanksiyalarından çəkinir və bu səbəbdən də belə qəbildən olan söhbətlər onu əsəbiləşdirir. Qəzetin yazdığına görə Rusiya diplomatları azı iki dəfə Çinə Moskvaya iqtisadi dəstək verməsi üçün müraciət ediblər.
***
Rusiya diplomatları Çinlə təmaslarında Pekinə onun 24 fevraladək götürdüyü ticari öhdəlikləri xatırladıblar.
Bu danışıqlarda iştirak edən Çin diplomatlarından biri sözü gedən müzakirələri “gərgin” adlandırıb: “Biz Moskvanın düşdüyü vəziyyətin çətinliyini anlayırıq. Amma biz bu dialoqda öz vəziyyətimizi də qulaqardına vura bilmərik. Pekin daim yalnız Çin xalqının maraqlarından çıxış edəcək”.
“The Washington Post” yazır ki, bütün bunlara baxmayaraq Çin Rusiyaya diplomatik səviyyədə bütün mümkün dəstəyi verir.
Pekin Ukrayna müharibəsinə görə ABŞ-ı və NATO-nu ittiham edir, sanksiyaları “qanunsuz” adlandırır, BMT-nin Təhlükəsizlik Şurasında Moskvaya qarşı qətnamələrə səs verilməsində bitərəf qalır.
Lakin qəzetin yazdığına görə Moskvada belə dəstəyin kafi olmadığını düşünürlər.
***
Qəzetin müsahiblərindən biri deyib ki, Ukraynada müharibə Çinin gözlədiyindən uzun çəkib və Pekin bunu Moskvanın nəzərinə çatdırıb.
Pekin Moskvaya bildirib ki, müharibənin dayandırılması sanksiyalara qarşı hərəkətlərdə və işgüzar münasibətlərdə daha sərbəst meydan verə bilərdi.
Rusiya Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəyə başlayandan bəri Avropa İttifaqı, ABŞ, Britaniya və başqa inkişaf etmiş ölkələr Moskva üzərinə misli görünməmiş sanksiyalar qoyub.
Bundan əvvəlki sanksiyalardan fərqli olaraq Vaşinqton bu dəfə Rusiyaya bu sanksiyalardan yan keçməkdə kömək edə biləcək ölkələrə münasibətdə də sərt mövqe tutub.
Bu mənada ABŞ Çinə rəsmi qaydada və aydın şəkildə xəbərdarlıq edib.
Ekspertlər bunu da vurğulayırlar ki, Çini Rusiya ilə daxili siyasət və rejim oxşarlığı yaxınlaşdırsa da, Pekinin iqtisadi maraqları daha çox Qərbə bağlıdır.
2021-ci ildə Çinlə Rusiya arasında mal dövriyyəsi 150 milyard dollar təşkil edib.
Bu rəqəm ABŞ üçün 755, Avropa İttifaqı üçünsə 600 milyard dollardır.