Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:11 | 4 iyun 2022 | Şənbə
Məqaləyə 1073 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bayden prezident seçiləndən sonra Donald Trampın və Vladimir Putinin dostu, Səudiyyə Ərəbistanının kralı Məhəmməd ibn Salmanla çox sərt dildə danışmağa başladı. Jurnalist Camal Xaşuqçinin qətlinə görə gərginlik pik nöqtəyə çatmışdı. Sanksiyaların tətbiqi ehtimalı çox yüksək idi. Hətta sanksiyaların siyahı hazırlanıb ictimaiyyətə təqdim olunsa da, tətbiq olunmadı.
Bu gün isə dünyada və xüsusilə ABŞ-da çox mürəkkəb durum yaranıb. Neftin qiymətlərinin enməsi Baydenə hava-su kimi lazımdır. Bu, bütün dünya üçün də vacib və strateji məsələdir. Əks-halda Bayden Putini qısa zaman ərzində bitirə bilməyəcək (nəticədə bitirəcək, amma buna daha çox vaxt sərf olunacaq. Ukrayna daha böyük itkilərlə üzləşəcək). Dünyada neftin bahalaşması səbəbindən yanacağın yüksək qiymətlərinə görə AB, demokratlarının 8 noyabrda Konqres seçkilərində də uduzmaq ehtimalı daha çox olacaq.
Buna görə ABŞ-ın diplomatları Səudiyyə Ərəbistanında gecə-gündüz çalışırlar. Məlumata görə Məhəmməd ibn Salmanla danışıqlar uğurlu gedir. Kral neft hasilatını artırmağa hazırdır. Əvəzində ABŞ ölkəyə yeni silahlar satacaq və adalar səbəbindən Misirlə Səudiyyə Ərəbistana arasında yaranan problemlərin həllini öz üzərinə götürəcək.
Amma Məhəmməd ibn Salmanın bir şərti də var. ABŞ prezidenti Ər-Riyada səfər etməlidir. Bayden bu şərti qəbul edib. Ağ Ev hələ ki bu haqda susur. Amma bu xəbər yaxın vaxtlarda açıqlanacaq.