Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
23:26 | 7 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 497 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Fici məhkəməsi Rusiyaya məxsus super yaxtanın Sakit okean ada ölkəsindən ABŞ tərəfindən çıxarılmasına qərar verib. Belə ki, Ficinin gəmini saxlaması pul itkisinə səbəb olub.
ABŞ Ədliyyə Nazirliyinin “Klepto Capture” İşçi Qrupu Ukraynada müharibə ilə bağlı Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmək məqsədilə rusiyalı oliqarxlarının yaxtaları və digər dəbdəbəli aktivlərinin müsadirə edilməsinə diqqət yetirib.
106 metrlik “Amadea” Meksikadan 18 günlük səyahətdən sonra aprelin 13-də Ficiyə çatıb.
Keçən ay ölkənin Ali Məhkəməsi yaxtanın sanksiyaya məruz qalmış rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəli olduğuna dair ABŞ-a orderi verdikdən sonra Fici səlahiyyətliləri tərəfindən ələ keçirilib.
Federal Təhqiqatlar Bürosu (FTB) 300 milyon dollar dəyərində olan lüks gəminin ildə 25-30 milyon dollarlıq istismar xərcləri olduğunu və ABŞ-ın gəminin ələ keçirildikdən sonra saxlanması üçün pul ödəyəcəyini bildirib.
Bununla belə, gəminin qeydiyyatdan keçmiş sahibi Millemarin Investments-in müraciətinə Fici məhkəmələrində baxılarkən Fici hökuməti yaxtanın xərclərini ödəyib.
Çərşənbə axşamı Ali Məhkəmə qərara alıb ki, ictimai maraq yaxtanın “Fici sularından çıxmasını” tələb edir, çünki qərara əsasən, onun Ficidə dayanması “Fici hökumətinə baha başa gəlir”. Gəmi “heç bir icazə olmadan və çox güman ki, ABŞ-ın təqibindən yayınmaq üçün Fici sularına üzüb”.
Birləşmiş Ştatlar Kərimovun “Amadea” gəmisinə sahib olduğunu iddia edir, baxmayaraq ki, gəminin vəkilləri bunu təkzib edərək, məhkəməyə gəminin başqa bir rusiyalı oliqarx, Rusiyanın enerji nəhəngi “Rosneft”in keçmiş rəhbəri Eduard Xudainatova məxsus olduğunu və ona sanksiya tətbiq edilmədiyini bildirib.
Keçən ay Xudainatova məxsus dəyəri təxminən 700 milyon dollar olan daha bir lüks yaxta İtaliyada polis tərəfindən saxlanılıb.
FTB-nin verdiyi məlumata görə, həbs orderində “Amadea” Rusiya qüvvələri Ukraynaya daxil olduqdan sonra fevralın 24-də onun avtomatlaşdırılmış izləmə sistemini söndürərək tutulmamağa çalışıb.
Gəminin vəkili Feyzal Haniff hökmü şərh etməkdən imtina edib.
“Qərar Ficinin beynəlxalq qarşılıqlı yardım sorğularına və Ficinin beynəlxalq öhdəliklərinə hörmət öhdəliyini qəbul edir” - deyə, Fici Dövlət Prokurorluqları Direktoru Kristofer Prayd bildirib.
Onun sözlərinə görə, məhkəmə “çirkli pulların yuyulması və mülkiyyətlə bağlı məsələlərin” ilkin ABŞ məhkəməsində həll edilməsinin vacibliyi ilə razılaşıb.
O deyib ki, “Amadea” ABŞ səlahiyyətlilərinə təhvil verilir və Ficini tərk edəcək.
ABŞ-ın Suvadakı səfirliyi şərh sorğusuna hələ cavab verməyib.
“Superyacht Times” saytına görə, rusiyalılar təxminən hər 10 super yaxtadan birinə sahibdir. Roman Abramoviçin “Eclipse” və “Solaris” kimi sanksiyaya məruz qalan şəxslərə məxsus olan yaxtaların bəziləri təhlükəsiz limanlarda saxlanılır və ya sanksiya tətbiq edən dövlətlərin yurisdiksiyasından kənardakı beynəlxalq sularda üzür.