Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:10 | 8 iyun 2022 | Çərşənbə
Məqaləyə 662 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə iki günlük səfərə başlayıb. Səfər zamanı o, Ukraynadan taxıl ixracının bloklanmasının aradan qaldırılması ilə bağlı danışıqlar aparacaq.
Danışıqların diqqət mərkəzində Ukrayna taxılını daşıyan gəmilər üçün təhlükəsizlik dəhlizinin açılması məsələsi durur. Türkiyə Moskvanın hücumu ilə bağlanan Ukraynanın Qara dəniz limanlarından dəniz karvanlarını müşayiət etməyi təklif edib.
Lavrovun iyunun 7-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü planlaşdırılıb. Türkiyənin müdafiə naziri Hulusi Akar taxıl ixracına icazə verilməsi ilə bağlı mümkün razılıqla bağlı “əhəmiyyətli irəliləyişin” müşahidə etdiyini deyib.
Akarın Anadolu dövlət xəbər agentliyi tərəfindən yayımlanan açıqlamaları Lavrovun gəlişindən bir neçə saat əvvələ təsadüf edib.
Rusiya fevralın 24-də müdaxiləyə başladıqdan sonra Ukrayna sahil ərazisinin böyük hissəsini ələ keçirib və ölkənin hərbi gəmiləri Qara dəniz və Azov dənizinə nəzarət edir.
Rusiya prezidenti Vladimir Putin keçən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Moskvanın dəniz nəqliyyatını azad etmək üçün Ankara ilə işləməyə hazır olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov iyunun 7-də jurnalistlərə deyib ki, Ukrayna taxıl ixracının həyata keçirilməsi üçün hələ də sahillərini minalardan təmizləməlidir.
“Bu, hərbçilərimiz tərəfindən onların heç bir silah daşımadığına əmin olmaq üçün yoxlanılan gəmilərə limanlara girməyə, taxıl yükləməyə və bizim köməyimizlə beynəlxalq sulara çıxmağa imkan verəcək”, – deyə o bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azov dənizində Ukraynanın Rusiya qüvvələri tərəfindən ələ keçirilən iki böyük limanı olan Berdyansk və Mariupolun taxıl daşınmasını bərpa etməyə hazır olduğunu bildirib, lakin əlavə edib ki, Kiyev ixracın həyata keçirilməsi üçün hələ də limanları minalardan təmizləməlidir.
Ukraynanın əsas limanı olan Odessa bağlı olaraq qalır.
Rusiyanın Ukraynaya hücumu iki ölkədən buğda və digər məhsulların tədarükünü dayandıraraq, dünya boyu ərzaq qıtlığı və aclıq riski ilə bağlı narahatlıqlara səbəb olub.