Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
22:21 | 8 iyun 2022 | Çərşənbə
Məqaləyə 881 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qlobal ərzaq qiymətlərinin yüksəlməsi fonunda Ukrayna taxılının dünya bazarlarına çıxışı üçün Qara dəniz dəhlizinin yaradılması da daxil olmaqla, danışıqlar aparmaq üçün çərşənbə günü Türkiyəyə səfər edib.
Bir müddət əvvəl Ukrayna taxılını qlobal bazarlara daşıyan gəmilərin İstanbulun Bosfor boğazı ilə üzməsi müntəzəm mənzərə idi. Amma artıq bu belə deyil. Dünyanın beşinci ən böyük taxıl tədarükçüsü olan Ukraynanın Rusiyanın dəniz blokadası ilə qiymətlər rekord həddə çatır və qarışıqlıq təhlükəsi yaradır.
“2020-ci ildə Livanda buğda idxalının 75 faizi Ukraynadan idi. Və bilirsən ki, buğda belə bir şeydir, əgər indi gedib buğda almaq istəsən, çox pul ödəyəcəksən və bəlkə də onu almaq üçün tapa bilməyəcəksən. Beləliklə, Livan kimi, onsuz da maliyyə böhranı olan bir ölkədə böyük bir böhran yaşayacaqsınız”, – deyə Geosiyasi Analitik Yoruk Işık bildirir.
Qlobal ərzaq böhranı təhlükəsi bəzi NATO ölkələrini müdaxilə etməyə sövq edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə rəsmiləri arasında müzakirələr qismən Ukrayna taxılının dünya bazarlarına çıxışı üçün Qara dəniz dəhlizinin yaradılmasına yönəldilməlidir.
Ankara Rusiyanın Qara dənizdəki güclü mövcudluğunu nəzərə alaraq, belə bir razılaşmanın NATO ilə Rusiya arasında qarşıdurma riskinin qarşısını aldığını deyir.
Lakin Rusiyanın taxıl böhranını yumşaltmaq öhdəliyinə şübhə var.
Analitiklərin fikrincə, Moskva bundan rıçaq kimi istifadə edə bilər.
Analitiklər hesab edir ki, Ukrayna taxılı tələdə qalsa, Ankara beynəlxalq Montrö Konvensiyasına əsasən Türkiyənin idarə etdiyi İstanbulun Boğaziçi su yolu ilə NATO hərbi gəmilərinin Qara dənizə çıxışı üçün artan təzyiqlə üzləşəcək.
“Texniki və hüquqi baxımdan boğazlar döyüşən Ukrayna və Rusiyanın hərbi gəmiləri üçün bağlıdır. Digərlərindən isə Türkiyə heç bir döyüş gəmisi göndərməmələrini xahiş edib. Belə olan halda, bir anda Türkiyəyə ya NATO, ya da NATO üzvü tərəfindən döyüş gəmiləri göndərilməsi tələbi irəli sürüləcək. Rusiya-Ukrayna müharibəsi kontekstində Türkiyənin seçimləti həqiqətən daralır”, – deyə Kadir Has Universitindən Serhat Güvenc bildirib.
Lakin analitiklər deyirlər ki, Türkiyə yeni oyunçuların Qara dənizə girməsinin və müharibəni genişləndirməsinin qarşısını almaqda qərarlıdır.
“O, həmçinin rusları tarazlaşdırmaq üçün NATO qüvvələri kimi yeni qüvvələr cəlb etməklə, təhlükəsizlik vəziyyətinin gərginləşməsini görmək istəmir, çünki hesablamalara görə, bu, istər-istəməz bütün Türkiyənin təhlükəsizliyi və regional təhlükəsizlik üçün daha təhlükəli vəziyyət yarada bilər” – deyə, Türkiyə Beynəlxalq Əlaqələr Konseyindən Mustafa Aydın bildirib.
Ankara Moskvanın Türkiyəyə Rusiya üzərində güclü təsir rıçaqları verən Bosfor boğazını NATO gəmiləri üçün nə qədər bağlı saxlamaq istədiyini yaxşı bilir.