Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
21:44 | 8 iyun 2022 | Çərşənbə
Məqaləyə 775 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Moskvanın baş ravvini Pinxas Qoldşmidt hakimiyyətin Ukraynadakı müharibəni açıq dəstəkləmək tələbindən sonra Rusiyanı tərk edib. Bu barədə məlumatı “Mediazona” saytı ravvinin gəlini və jurnalsit Avital Çijik-Qoldşmidtə istinadən verib.
Onun sözlərinə görə Qoldşmidt arvadı Dara ilə əvvəlcə Ukrayna qaçqınlarına yardım üçün vəsait toplamaq məqsədilə Macarıstana getmişdi.
Daha sonra isə ailə İsrailə getmişdi, çünki ravvinin atası Yerusəlimdə xəstəxanada idi.
Çijik-Qoldşmidt fransız qəzetindən bir şəkil dərc edib. Orada qeyd olunur ki, Qoldşmidt Rusiyadan mayın əvvəllərində gedib.
Moskvada onun yerinə David Yuşuvayev təyin olunub.
Buna baxmayaraq İsrail ravvinlərinin dəstəyi ilə Rusiya ravvinləri Qoldşmidti yenidən başçı seçiblər.
O 30 il idi ki, bu vəzifədəydi.
***
Gəlini qeyd edir ki, Qoldşmidt Rusiyanın Ukraynaya qarşı müharibəsinə açıq dəstək verməkdən imtina etdiyinə görə hazırda öz icmasından da qovulub.
Onun və ailəsinin 33 il müddətində bu yəhudi icmasının üzvləri olduğu deyilir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliya televiziyasına müsahibəsində Hitlerdə də yəhudi qanı olduğunu bildirmiş və demişdi ki, buna görə də o, Zelenskinin nasist olmasını istisna etmir.
Lavrov demişdi ki, nasistlərin arasında da çox sayda yəhudi var və ən qatı antisemitlər elə yəhudilərdən çıxır.
Onun bu sözlərindən sonra İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun sözlərini “hiddətdoğuran və bağışlanmaz” adlandırmış, İsraildən üzr istənməsini tələb etmişdi.
Lakin Rusiya XİN üzr istəməmiş, əksinə bəyan etmişdi ki, İsrail Ukraynada nasistləri dəstəkləyir.
Bundan sonra İsrail Vladimir Putinin Lavrovun sözlərinə görə üzr istədiyini bildirsə də, Kremlin rəsmi saytında bu barədə heç bir məlumat dərc edilməmişdi.