Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
20:17 | 8 iyun 2022 | Çərşənbə
Məqaləyə 1735 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Bu günlərdə Bakıdakı Fransa (və Almaniya) səfirliklərinin himayəsi altında sülhpərvər missiya üçün seçilmiş gənclərdən ibarət bir qrup Strasburq şəhərinə, erməni həmkarları ilə görüşməyə getməlidir. Gözəl təşəbbüsdür, olmalıdır, sülh üçün danışmalar istənilən müstəvilərdə davam etdirilməlidir. Bura qədəri normaldır.
Amma ardı. Həmin görüşə bəzi seçilmişlərin yazışmalarını gördüm. Bir-biriləri ilə etdikləri davada ittihamların biri bir qəpik. “Sən müharibə vaxtı “warmonger”lik eləmisən, səni niyə seçiblər?”, “Sən “недостаточны” sülhpərvər olmusan, sən nə üçün oralara getməlisən?"
Uzun sözün qısası, dava-qırğın gedir. Mövzu da kim A-priori “sülhsevər” olub, ya yox. Çox maraqlıdır. Söhbətlərdən də belə çıxır ki, onlardan başqa qalanları, yəni biz hamımız “militarist”, “warmonger” olmuşuq, bunlar isə mütərəqqi insanlardır, tarixi də bunlar irəli aparacaq. (Məndən donos yazanlar da şübhəsiz ki, bu təfəkkürdə olan tiplərdəndir).
Maraqlıdır, çox təəssüf ki, Ukraynada hazırda 4-cü aydır ki, müharibə gedir və belə çıxır ki, Putinin işğalçı ordusuna müqavimət göstərən istər prezident Zelenski, istər ordu, istərsə də sıravi vətəndaşlar, onları da “warmonger” saymaq olar? Sizin hesabla elə deyil bəyəm? Elə deyilsə təcavüzə məruz qalmış Ukraynanın Azərbaycandan nə fərqi var ki? Maraqlıdır, bəs NATO blokuna qoşulmaq üçün tələsən İsveç və Finlandiya necə? Onların hakimiyyətlərindən niyə donoslar yazılmır görən, onları da “militarist” adlandırmaq olar axı, yoxsa elə deyil?
Bu missiyanı hazırlayan fransız səfiri isə, başqalarına sülhpərvərlik dərsi keçirsə, bəlkə bir zəhmət, yaxın keçmişdə, 1950-60-cı illərdə (Holokostdan sonrakı dövrdə yəni) Əlcəzair müharibəsində baş verənləri də xatırlayaydı? Ümumiyyətlə Fransa səfiri Şuşaya ayaq basmadan bu missiyanı Azərbaycanda necə öz üzərinə götürə bilər axı?
P.S. Layihədə yer almış alman səfirinə heç bir irad yoxdur, cənab səfir Volfqanq Maniq Şuşaya səfər də etdi. Oradan xoş arzularını da çatdırdı, sağ olsun, davamı olsun.