Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:14 | 11 iyun 2022 | Şənbə
Məqaləyə 753 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
“Zelenski də başqaları kimi yaxınlaşan işğalla bağlı xəbərdarlıqlara qulaq asmaq istəmədi”. Bu sözləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Demokratlar Partiyası üçün Los-Ancelesdə keçirilən ianə aksiyasında deyib.
Bayden deyib ki, Rusiyanın Ukraynaya hücumundan bir neçə həftə əvvəl, ölkə sərhədləri yaxınlığında işğalçı ordunun toplandığı bir vaxtda bu cür xəbərdarlıqlar edərkən çoxları bu məlumatların şişirdildiyini düşünür.
“Mən bilirdim və bunu təsdiqləmək üçün məlumatlarımız var”, – “Bloomberg” Baydendən sitat gətirir.
Prezident Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib ki, Baydenin sözlərinə aydınlıq gətirilməsinə ehtiyac var. O, işğaldan əvvəlki dövrdə Ukrayna prezidenti ilə ABŞ prezidenti arasında üç-dörd telefon danışığı olduğunu və vəziyyətin təhlili ilə bağlı ətraflı fikir mübadiləsi aparıldığını bildirib.
O əlavə edib ki, Zelenski qoşunlarını çıxarmağa məcbur etmək üçün Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyə çağırıb:
“Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəmədilər”, – Nikiforov bildirib.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
***
ABŞ-da qaz, enerji və ərzaq məhsullarının qiymətlərində rekord artım Ukraynada müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putinin siyasətinin nəticəsidir.
ABŞ prezidentinin Ağ Evin saytında vətəndaşlara ünvanlanan müraciətində belə deyilir. Bayden Putini ABŞ-da son 40 ildə ən yüksək inflyasiyada səbəb olmaqda günahlandırır.
“Rusiya qoşunlarının Ukraynanı təhdid etməsindən sonra benzinin 1 qallonunun (4,55 litr) qiyməti 2 dollar artıb”, – Bayden deyib.
Amerika prezidenti Konqresdən inflyasiya ilə mübarizə aparmağı tələb edib. ABŞ-da qiymət artımına səbəb olan əsas amil malların çatdırılma dəyərində müşahidə olunan bahalaşma ilə bağlıdır.
Bayden indi ABŞ-ın gələn il üçün rekord həcmdə neft hasil etmək yolunda olduğunu deyib. Ehtimal edilir ki, bu yanacağın qiymətinə təsir edəcək.