Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:16 | 14 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 634 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ-ın Ukraynaya öz demokratiyasını müdafiə etməyə kömək etməyə davam edəcəyini bildirib və müharibəyə Rusiyanın başladığını vurğulayıb.
“Bu, Putinin təcavüzüdür - başqa ölkənin suverenliyinə qarşı əsassız təcavüzdür... Ukrayna özünü müdafiə etməlidir və bunu inanılmaz dərəcədə təsirli şəkildə edir”, – deyə Karin Jan-Pyer bildirib.
O, Ukraynanın taxıl ixracı məsələsinin prezident Bayden üçün prioritet məsələ olduğunu əlavə edib.
“Rusiya dəfələrlə Ukraynadakı taxıl anbarlarına ziyan vurub, Ukrayna taxılını oğurlayıb və Ukrayna limanlarından ərzaq ixracını aktiv şəkildə bloklayaraq, dünya boyu aclığın artmasına səbəb olub. Rusiya Ukraynada qlobal ərzaq təhlükəsizliyini dağıdan müharibəni dərhal dayandıra və Ukraynanın ərzaq və kənd təsərrüfatı məhsullarının sərbəst axınına icazə verə bilər” - deyə, Ağ Evin mətbuat katibi bildirib.
Karin Jan-Pyer əlavə edib ki, ABŞ və müttəfiqləri Ukraynaya yardımı davam etdirəcək, lakin Vaşinqtonun Avropadakı tərəfdaşları Kiyevə necə kömək edəcəklərinə qərar verir.
“Düşünürəm ki, bu, onların (ABŞ-ın müttəfiqlərinin) Ukraynaya necə kömək etmək istədiklərindən asılıdır. Biz NATO üzrə müttəfiqlərin Ukraynaya kömək etmək üçün bir araya gəldiyi zaman bir koalisiyanın olduğunu gördük. Və bu, əsas etibarilə prezident Baydenin liderliyi sayəsində oldu” – deyə, Karin qeyd edib.
O əlavə edib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu həftə Avropada olacaq və burada o, təmas qrupunun görüşlərinin yeni raundunu keçirəcək, xarici həmkarları ilə görüşəcək və onlardan Ukraynaya silah və avadanlıqların verilməsini davam etdirmələrini istəyəcək.