Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
22:19 | 21 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 805 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Məzar daşları dağıdıldı
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Gələn həftə İstanbulda Ukrayna, Türkiyə, BMT və Rusiya nümayəndələri arasında Ukrayna taxılının ixracı problemi ilə bağlı danışıqlar keçirilə bilər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana yaxın çevrələrdəki mənbələrinə əsasən “Milliyet” qəzeti yazıb.
Qəzet yazır ki, danışıq heyətlərinin tərkibi hələki məlum deyil. Məqalədə deyilir ki, bu danışıqlarda Ərdoğanın və BMT-nin baş katibi Antonio Quterrişin iştirakı gözlənilir. Qəzet yazır ki, Türkiyə prezidenti iyunun 20-də BMT-nin baş katibi ilə telefon söhbəti edib.
“Milliyet” qəzetinin yazdığına görə hələ bu görüşdən əvvəl Türkiyədən bir hərbi heyətin Moskvaya səfər edəcəyi gözlənilir.
Bu heyətin Rusiya tərəfi ilə dəniz trafikinin açılmasının texniki tərəflərini müzakirə edəcəyi bildirlir.
***
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna taxılının daşınması ilə bağlı Moskva və Ankara arasında təmasların olduğunu təsdiq edib.
Bu da xəbər verilir ki, danışıqlar müdafiə nazirliklərinin xətti ilə keçiriləcək.
BMT-nin mətbuat xidmətində də sözü gedən görüşün dəqiq tarixi barədə məlumat verilmir.
Ukrayna tərəfi vəziyyətlə bağlı heç bir açıqlama verməyib, lakin bundan əvvəl Kiyev bildirmişdi ki, Rusiya Qara dənizdə minaların təmizlənməsindən Odessa şəhərinə hücum üçün fürsətlənə bilər.
Ukrayna bütün dünyada taxılın dördüncü ən böyük ixracatçısıdır. Ölkə 2021-ci ildə 45 milyon taxıl və paxla satıb.
Hazırda Rusiyanın blokadası ilə bağlı Ukrayna limanlarındakı 22 milyon ton taxılın çıxarılması mümkün deyil.
BMT nümayəndəsi Maurusio Martina deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi dünyada aclıq çəkənlərin sayını 18 milyon nəfər artıraraq 218 milyona çatdıra bilər.
Ukrayna iyunun 13-də taxılın ilk partiyasını Baltik dənizindən keçən yeni marşrutla Avropa İttifaqına çatdıra bilib.