Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
01:25 | 28 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 938 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Böyük yeddilərin (G7) qrupunun liderləri bəyan ediblər ki, Vladimir Putinə və onun Belarusdakı müttəfiqinə təzyiqi artırmaq məqsədilə Moskva üzərindəki sanksiyaları zəruri olan müddətdə saxlayacaqlar.
Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri Almaniyada keçirilən sammitin ikinci günündə, iyunun 27-də açıqlanmış birgə bəyanatda bildirirlər ki, onlar sanksiyaların saxlanması və gücləndirilməsinə sadiqdirlər və bu məsələnin hər mərhələsində yekdil mövqedən çıış edəcəklər.
Britaniyanın baş naziri Boris Conson deyib ki, əsas məqsəd Putinin təzyiq altında saxlanmasıdır:
“Biz Putinin heç bir cəzasız başqa ölkənin suveren torpaqlarının böyük tikələrini qəsb etməsinə yol verə bilərikmi? Bunun nəticələri tamamilə dəhşətli ola bilər. Mən insanlara izah etmək istəyirəm ki, bəzən azadlıq üçün çox ağır bədəl ödəmək lazım gəlir”.
Bəyanatda deyilir ki, G7 liderləri Rusiyanı beynəlxalq bazarda tamamilə təkləmək və onun mövcud sanksiyalardan yayınmasının qarşısını almaq əzmindədirlər.
***
Liderlər habelə Rusiya enerjisindən asılılığın azaldılmasının, Moskvanın xüsusilə hərbi sənaye üçün lazım olan texnologiyalardan məhrum edilməsinin mühümlüyünü vurğulayıblar.
Bundan başqa hərbi cinayətlər üçün məsuliyyət daşıyanların fərdi sanksiyalarla hədəflənməsi qərara alınıb.
Hazırda G7 qrupuna sədrlik edən Almaniya bildirib ki, yeddilər Ukrayna hökumətinə onun xərclərinin çəkilməsində dəstək verəcəklər.
İndiyədək Ukraynaya göstərilmiş büdcə yardımı 29.5 milyard dollar təşkil edib.
Bundan başqa G7 liderləri Ukraynanın müharibə nəticəsində məruz qaldığı dağıntıların aradan qaldırılmasına dəstək verəcəklərini deyiblər.
Bu arada CNN və AP etibarlı mənbələrə istinadən xəbər verirlər ki, ABŞ elə bu həftə Ukrayna üçün orta və uzaqmənzilli yer-hava raketləri aldığını bəyan etməlidir.
Ukrayna rəsmiləri bundan əvvəl NASAMS kimi tanınan raket hücumundan müdafiə sistemləri istəmişdilər. Bu sistemin raketləri 160 kilometrədək məsafəni vura bilir.