Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:53 | 29 iyun 2022 | Çərşənbə
Məqaləyə 638 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Amerika Birləşmiş Ştatlar Özbəkistandakı “Promcomplektlogistic” şirkətini sanksiya siyahısına daxil edib. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında verilib.
Xəbər verilir ki, Rusiya Ukraynaya təcavüzə başlayandan sonra, martın 22-də ABŞ Rusiyanın müdafiə sənayesi üçün malların alınması ilə məşğul olan “Radioavtomatika” şirkətini sanksiyalar siyahısına salıb.
Məlumatda deyilir ki, Özbəkistanın “Promcomplektlogistic” şirkəti “Radioavtaomatika” şirkətinə Rusiyaya qarşı ABŞ sanksiyalarından yayınmaqda fəal dəstək verib:
““Promcomplektlogistic” özəl şirkətinin sanksiyalar siyahısına salınması bütün dünya boyunca kommersiya qurumlarına xəbərdarlıq olmalıdır: əgər siz sanksiyalar altında olan hüquqi və fiziki şəxslərlə biznes edirsinizsə özünüzü də sanksiyalarla üzləşmək riskinə atırsınız”.
ABŞ Dövlət Departamentinin qərarı ilə “Promcomplektlogistic” şirkətinin ABŞ-dakı bütün aktivləri dondurulub və Amerika şirkətlərinə bu firma ilə hər hansı biznes əlaqələri qadağan edilib.
2018-ci ildə təsis edilmiş “Promcomplektlogistic” yerüstü nəqliyyata xidmət sahəsində ixtisaslaşıb.
Bu şirkət Rusiya şirkətlərinə mikrosxemlər satmaqla məşğul olub.
Daşkənddə qeydiyyatdan keçirilmiş şirkətin yeganə sahibi Oleq Qrabilindir.
Onun Rusiyada da bir neçə şirkətləri var.