Tramp atəşkəsi uzatmaq istəmir
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
09:18 | 9 iyul 2022 | Şənbə
Məqaləyə 1019 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Avropa Komissiyası iyulun 8-də bəyan edib ki, ittifaqın dörd ölkəsinə - Almaniya, İspaniya, Belçika və Portuqaliyaya meymunçiçəyinə qarşı vaksinlər gətirilib və tezliklə bu ölkələrdə peyvəndləmə kampaniyasına başlanacaq.
Bu da bildirilir ki, peyvəndləmə könüllü əsasda həyata keçiriləcək. Avropa İttifaqına gətirilmiş vaksinlərin ümumi sayı 13 min 600 dozadır.
5300 doza İspaniyaya hələ iyunun axırlarında gətirilib. Portuqaliyaya 2700, Belçikaya isə 340 doza verilib.
Avropa Xəstəliklərin Profilaktikası və Onlara Nəzarət Mərkəzi bildirir ki, iyulun 6-a olan məlumata görə Avropa regionunun 33 ölkəsində meymun çiçəyinə 5950 yoluxma qeydə alınıb. Bu, bütün dünya üzrə yoluxmaların üçdə ikisi deməkdir.
Ən çox yoluxmalar Britaniyada baş verib. Burada 1351 nəfər meymun çiçəyinə yoluxub. İspaniya və Almaniyada, hərəsində 1250 yoluxan olub.
Fransa, Portuqaliya və Niderlandda meymun çiçəyinə yüzlərlə yoluxma olub.
***
Yoluxanların əksəriyyəti 18-50 yaş arasında olanlar və homoseksuallardır.
Lakin epidemioloqlar meymunçiçəyinin müstəsna olaraq eynicinsli əlaqələrlə yayılması barədə hələ də qəti nəticəyə gələ bilməyiblər.
Bəzi ehtimallara görə homoseksual kişilərin bu xəstəliyə daha çox yoluxması onların daha sərbəst cinsi həyat tərzi ilə də izah oluna bilər.
Bütün hallarda Avropa Xəstəliklərin Profilaktikası və Onlara Nəzarət Mərkəzi vaksinasiya siyahısına ilk növbədə homoseksualların və onlara tibbi xidmət göstərən personalın salınmasını istəyir.
Meymunçiçəyi 2022-ci ilədək əsasən ekvatorial Afrikada rast gəlinən, insanlara heyvanlardan keçən nadir xəstəlik hesab olunurdu.
Xəstəliyin simptomlarına qızdırma, əzələ ağrıları, limfatik düyünlərdə şişmə və dəridə irinli səpmələrdir.
***
Böyüklərdə bu xəstəlik yaxşı tibb xidməti olduqda 2-4 həftəyə sağalır, lakin dəridəki suluqların çapıqları ömürlük qala bilər.
2022-ci ildə meymun çiçəyi əvvəllər yayılmadığı Amerika və Avropa ölkələrində müşahidə olunub.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə bütün dünyada meymun çiçəyinə 6000 yoluxma qeydə alınıb. Yoluxanlardan üçü vəfat edib.
DST hesab edir ki, hələlik pandemiya elan edilməsinə ehtiyac yoxdur, lakin yoluxmaları nəzarət altında saxlamaq lazımdır.
Meymuinçiçəıyinə yoluxmadan adi suçiçəyinə qarşı vaksinlər də qoruya bilir.
1980-ci ilədək doğulanların hamısına bu peyvənd hələ körpə ikən edilib.
Həmin il suçiçəyinin bütün dünyada kökünün kəsildiyi elan edilmişdi.