Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:25 | 10 iyul 2022 | Bazar
Məqaləyə 977 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Ukrayna əsgərləri Ukraynanı işğal edən Rusiya qüvvələrinə qarşı döyüşmək üçün lazım olan cəbhə bacarıqları üzrə təlim keçmək üçün Britaniyadadır. Ukraynalılar ölkə boyu Britaniya Müdafiə Nazirliyinin müxtəlif məntəqələrində yerləşdirilib.
Hazırda Britaniyada olan təxminən 1000 ukraynalı Britaniya ordusunun təşkil etdiyi proqramda iştirak etməsi planlaşdırılan 10 000-ə yaxın əsgərdən ilkləridir.
“Biz Britaniya ordusunun yüksək səviyyəli təcrübəsindən istifadə edərək, Ukraynaya öz qüvvələrini bərpa etməyə və öz ölkələrinin suverenliyini və öz gələcəyini seçmək hüququnu müdafiə edərkən müqavimətini artırmağa kömək edəcəyik,” Britaniyanın müdafiə naziri Ben Vallas deyib.
Birləşmiş Ştatlar Ukrayna qüvvələrinə Rusiyanın Donbas bölgəsi və başqa yerlərdə müharibə aparmaq imkanlarını hədəf almağa, qarşısı almağa və məhv etməyə kömək etmək məqsədi ilə Ukraynaya daha çox hərbi yardım göndərir.
ABŞ rəsmiləri cümə günü Ukrayna üçün yeni 400 milyon dollarlıq paketi açıqlayıb ki, ona əlavə dörd ədəd Yüksək hərəkətlilik qabiliyyətinə malik artilleriya raket sistemi HİMARS və indiyədək Kiyevə verilməyən 1000 ədəd 155 millimetrlik “dəqiqliyə malik” artilleriya sursatı daxildir.
“Bu [silah sistemləri] dəqiqdir,” Pentaqonun qaydalarına əsasən, adının anonim qalması şərtilə müxbirlərə məlumat verən ABŞ-ın müdafiə rəsmisi deyib. “Biz indiyədək olan uğurlarını nəzərə aldıqda ukraynalıların onlardan istifadə etməklə böyük nəticələr əldə edəcəklərini gözləyirik.”
Ukrayna Prezidenti hərbi texnikaya görə “Twitter”də Bayden administrasiyasına təşəkkür edib və bu texnikanı prioritet ehtiyac adlandırıb.
“Bu, bizə düşmənə təzyiq göstərməyə yardım edir”, – o deyib.
ABŞ-ın, xüsusilə də, yeni dəqiqliyə malik artilleriya mərmilərindən böyük gözləntiləri var.
“Onlar Ukraynaya konkret hədəfləri dəqiq hədəf almaq imkanı verir. Bu, sursata qənaət etdirəcək. Onlar dəqiqliyə görə daha təsirli olacaq”, – deyə rəsmi bildirib. “Beləliklə, bu, Donbasdakı bu döyüşdə Ukraynaya dəstəyimizdə daha bir təkamüldür,” o deyib.
Ancaq ABŞ ümid edir ki, bu “davamlı nümayişkaranə” adlandırdığı dəstəyin bir hissəsi olan bu son yardım paketi daha çox iş görəcək.
“Bizim hazırda ən çox istədiyimiz ukraynalıların mübarizəni davam etdirə bilməsi üçün həyati əhəmiyyət kəsb edən təkan və ən əsası, rusların ukraynalıların mübarizəni davam etdirə biləcəklərini bilməsidir”, – deyə rəsmi bildirib.