ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
13:16 | 12 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 1057 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Co Bayden administrasiyası koronavirusa qarşı ikinci buster dozanın yaşı 50-dən az olanlara da vurulmasını müzakirə edir. Koronavirusun son, yüksək yoluxucu variantı ABŞ-da hospitalizasiya səviyyəsini yüksəldir və azı 6 ay öncə vurulmuş peyvəndlərin təsirinin itməsilə bağlı narahatlıq artır.
Administrasiya martda ikinci buster dozaların yaşı 50 və yuxarı olanların hamısına, eləcə də immunitet çatışmazlığı olan daha gənclərə vurulması qərarı verib. Ölkənin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti, Ağ evin baş tibbi müşaviri Entoni Fauçi isə ikinci busterin gənclərin hamısına vurmağı qızğınlıqla müdafiə edirdi.
***
“The New York Times” iki federal rəsmiyə istinadla yazır ki, Ağ evin pandemiyaya reaksiya üzrə koordinatoru Eşiş K. Jha da bu yanaşmanı dəstəkləyir.
Fauçinin dünən – iyulun 11-də dediyinə görə, yaşı 50-dən aşağı olanlara ikinci buster dozanın qətiyyətlə tövsiyə olunması üçün yetərincə klinik məlumat yoxdur. Ancaq onun sözlərinə görə, bu yaş qrupunda bir çoxları sonuncu dozanı noyabrda, yaxud dekabrda vurublar, ona görə də virusa qarşı qoruma zəifləyir.
Digər federal rəsmilərin isə daha skeptik mövqe tutduğu, bu qərarı əsaslandırmaq üçün daha çox məlumat istədiyi qeyd olunur. Bəzilərinin mövqeyincə, hökumət amerikalıları COVİD-19 vaksinlərinin ilkin dozalarını qəbul etməyə inandırmağa çalışmalıdır, nəinki azından müəyyən qoruması olanların hesabına daha məhdud nəticə əldə etməyə.
Digər tərəfdən, administrasiya bu payız yenidən formulə edilmiş buster dozaların vurulacağını deyirdi. F.D.A. vaksinlərin Omikron ştammının sürətlə yayılan BA.4 və BA.5 variantlarına qarşı yenidən dizayn olunmasını tövsiyə edib.
Bu iki subvariant hospitalizasiya və ölüm səviyyəsini artırsa da, hər ikisi Omikronun qışdakı pik dalğasından xeyli aşağıdır. Eni subvariantlar Britaniya, Fransa, Portuqaliya, Belçika və İsraildə də xəstəxanalara qəbul səviyyəsini yüksəldib.
***
Amerika pandemiyanın artıq bitməsinə qərar verdi, koronavirusun isə fikri başqadır. Bunu isə “The Washington Post” qəzeti yazır.
Qəzet dalğanın miqyasının bilinmədiyini qeyd edir, çünki bir çoxları ya evdə test edirlər, ya da heç testdən keçmirlər. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) ötən həftə günə 100 mindən azacıq çox yoluxmanın olduğunu bildirib. Yoluxucu xəstəliklər üzrə ekspertlər real rəqəmin bir milyon ola biləcəyini düşünürlər. Bunu pandemiyanı yaxından izləyən professor Erik Topol qəzetə deyib.
Topolun sözlərinə görə, peyvəndlərin yaratdığı anticismlər və öncəki yoluxmalar BA.5-ə qarşı məhdud qoruma yaradır və bu, “virusun indiyədək gördüyümüz ən pis versiyasıdır”.
Cümə günü ölkə üzrə xəstəxanalara koronavirusa yoluxmuş 38 min nəfər yerləşdirilib, bu rəqəm martdan bəri durmadan artır. Yanvarın ortasında isə hospitalizasiya 162 min idi.
***
Ümumilikdə ekspertlər hökumətin virusun yayılmasını önləmək üçün yetərincə iş görmədiyini deyirlər. Qadağalar çoxdan qaldırılıb. Hava səyahəti pandemiyadan öncəki səviyyəyə yaxınlaşır. Siyasətçilər daha virus haqda danışmırlar. Adamların çoxu maska taxmır, sosial məsafə gözləmirlər.
Saskaçevan Universitetindən virusoloq Ancela Rasmussen deyib ki, testlərə və vaksin hazırlanmasına daha çox pul ayrılmalı, Bayden administrasiyası, səhiyyə rəsmiləri güclü mesaj verməlidirlər. O, Cənubi Kaliforniyaya səfəri zamanı aeroportda çox az adamının maska taxdığını müşahidə etdiyindən qorxuya düşüb. “Siyasətçilər və liderlər qəti mövqe tutmayanda belə olur”, – o vurğulayıb.
Azərbaycanda da son vaxtlar koronavirusa yoluxmalarda artım tendensiyasının olduğu deyilir. Səhiyyə orqanları əhalini diqqətli olmağa, gigiyena qaydalarına əməl etməyə çağırıb.