Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:12 | 13 iyul 2022 | Çərşənbə
Məqaləyə 1087 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Amerika Birləşmiş Ştatlar Suriyanın şimal-qərbində pilotsuz uçuş aparatlarının hücumu zamanı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının ilk beş liderindən birini izlədiyini, hədəf aldığını və öldürdüyünü bildirərək, İslam Dövləti üzərində növbəti qələbəsini bəyan edib.
ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD-in Suriyanın vilayət lideri Mahir Əl-Aqal kimi tanınan yüksək rütbəli məmurunu İslam Dövlətinin baş qərargahı ilə onun dünya üzrə filialları arasında əlaqə quran şəxs kimi təsvir edib.
“Əl-Aqal İŞİD şəbəkələrinin inkişafını aktiv şəkildə davam etdirdiyinə görə məsuliyyət daşıyırdı”, – deyə, CENTCOM-un açıqlamasında bildirilib.
Çərşənbə axşamı verdiyi bəyanatda ABŞ Prezidenti Co Bayden güclü mesaj göndərdiyinə görə əməliyyatı tərifləyib.
Bayden “(Əl-Aqalın) Suriyada öldürülməsi əsas terrorçunu meydandan çıxarır və İŞİD-in regionda öz əməliyyatlarını planlaşdırmaq, resurslarla təmin etmək və həyata keçirmək qabiliyyətini əhəmiyyətli dərəcədə aşağı salır”, – deyib.
ABŞ Suriyanın Hələb vilayətinin Cindayris qəsəbəsi yaxınlığında Əl-Aqalın yaxın adamlarından birinin də ağır yaralanmasına səbəb olan hücumla bağlı bəzi təfərrüatlarla paylaşıb.
“Zərbə ABŞ-ın regiona və İŞİD-in davamlı məğlubiyyəti işinə sadiqliyini bir daha təsdiqləyib. İŞİD liderlərinin məhvi terror təşkilatının qlobal hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini sarsıdacaq”, – deyə, Mərkəzi Komandanlığın sözçüsü, polkovnik Co Buççino bildirib.
Sözçü onu da əlavə edib ki, “İŞİD ABŞ və regiondakı tərəfdaşlar üçün təhlükə yaratmaqda davam edir”. Buççino ABŞ-ın bölgədə davamlı mövcudluğunu qoruduğunu və regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizəni davam etdirəcəyini deyib.
Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun bildirdiyinə görə, Əl-Aqal motosiklet sürərkən raketlə vurulub. Məlumatda eləcə də Əl-Aqalın 2020-ci ildən bəri Suriyanın şimal-qərbində Türkiyənin dəstəklədiyi iddia edilən suriyalı yaraqlı qrup Əhrar Əl-Şərqiyyənin himayəsi altında olduğu bildirilib. Suriya müşahidə qrupunun məlumatını müstəqil olaraq təsdiq olunmayıb.
CENTCOM bildirib ki, ilkin baxış zamanı əməliyyat heç bir mülki vətəndaşa zərər verməyib.