Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:58 | 15 iyul 2022 | Cümə
Məqaləyə 956 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası Amerikada keçirilən 18-ci Dünya Çempionatında iştirak etməli olan İran atletika üzrə milli komandasına Amerika hökuməti tərəfindən viza verilmədiyini yazıblar. İran Atletika Federasiyasının rəhbəri Haşim Siyami milli komandaya viza verilmədiyini təsdiqləyib.
O, bütün hazırlıqların görülməsinə baxmayaraq beynəlxalq tədbirə qatılmaq üçün milli komandaya hansı səbəbdən viza verilmədiyini bilmədiyini deyib.
Amerikanın şimal-qərbindəki Oreqon ştatında 15-24 iyul aralığında keçiriləcək beynəlxalq yarışda güneyli idmançı Mehdi Pircahan 400 metr məsafəyə maneəli qaçışda, Ehsan Həddadi isə disk atma yarışında iştirak etməli idilər.
Amerika bundan əvvəl İranın karate, muay-tay və oxatma üzrə milli komandalarına İran İnqilab Keşikçiləri Korpusu ilə birbaşa əlaqəsi səbəbindən viza verməkdən imtina etmişdi.
Bununla yanaşı İranın üç nəfərlik qadın basketbol komandası da viza problemi üzündən Asiya kuboku yarışlarında iştirak edə bilməyib.
Qeyd edək ki, bu barədə bir neçə gün əvvəl İranın azad güləş üzrə millisinin keçmiş məşqçisi Sərdar Paşayi özünün “Twitter” hesabında paylaşım edib.
O, yüngül Atletika Federasiyasının başçılarının İran İnqilab keşikçilərinə bağlılığı olan şəxslərlə birlikdə viza almaq üçün gizlicə Amerikanın Ermənistandakı səfirliyinə getdiklərini yazıb.
“Ancaq durum dəyişib, onların vətəndən qovduqları idmançılar onların başına bəla olublar”, – deyə Paşayi İran təhlükəsizlik və SEPAH məmurlarının idman heyətləri adı altında müxtəlif ölkələrə göndərildiklərini, ölkədən qaçan idmançıların onları ifşa etdiklərini bildirib.
“Yaxın Şərqdə öldürülən amerikalı əsgərlərin qohumları və İranın müxalifləri İran komandalarında çox sayda SEPAH üzvləri və tərəfdarlarının olduğuna inanırlar və bu səbəblə Bayden hökumətindən İran komandalarına viza verilməməsini istəyiblər”, – deyə, bir neçə gün öncə “Faks News” İran komandalarına viza verilməməsi ilə bağlı yaydığı məlumatda qeyd edib.