Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:08 | 21 iyul 2022 | Cümə axşamı
Məqaləyə 1301 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ senatorları Ukraynaya müasir qırıcıların verilməsini istəyirlər. “Fox News” bildirir ki, senatorlar Temmi Dakvort, Rocer Viker, Riçard Blümental, Robert Portman və Lindsi Qremin imzaladıqları, ABŞ Müdafiə Nazirliyinə ünvanlanmış müraciətdə belə deyilir.
Onlar müdafiə naziri Lloyd Ostindən və Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Millidən ukraynalılara qırıcıların verilməsi məsələsini müsbət həllini rica ediblər.
Birləşmiş Ştatların Hərbi-Hava Qüvvələri naziri Frenk Kendallın dediyinə görə, hazırda müzakirələr gedir.
Hərbi-Hava Qüvvələrinin qərargah rəisi Çarlz Braun isə bildirib ki, ABŞ Ukraynaya Qərb istehsalı olan 4-cü nəsil, müasir qırıcılar verə bilər.
“ABŞ qırıcıları var, İsveçin “Gripen”i var, “Eurofighter” və ya “Rafales” var. Yəni Ukraynaya göndərilə biləcək müxtəlif sistemlər mövcuddur. Konkret onu deyə bilərəm ki, Şərqi Avropa ölkələrində olan Rusiya istehsallı təyyarələrin Ukraynaya verilməsi birmənalı olaraq istisnadır”, - Ç.Braun söyləyib.
Ekspertlər isə vurğulayırlar ki, ABŞ Ukraynaya əfsanəvi “A-10 Thunderbolt-2” hücum təyyarələrini verə bilər.
“A-10 Thunderbolt-2” təyyarəsi ilk əvvəl zirehli texnikalarla, xüsusilə də tanklarla mübarizə üçün nəzərdə tutulub.
Ukrayna ordusu isə “Javelin”, “NLAW” və PUA-lar vasitəsilə bu işin öhdəsindən gəlir.
Ukraynaya ən müasir texnologiyalarla və silahlarla təchiz edilmiş çoxfunksionallı qırıcılar gərəkdir. Rusiyalıların hava hücumundan müdafiə qüvvələrinin aşkarlama zonasına daxil olmadan tapşırıqları yerinə yetirəcək, şəhərləri və hərbi infrastrukturu raket zərbələrindən qoruyacaq, habelə cəbhə xəttində səmada üstünlük əldə edərək əks-hücum zamanı quru qoşunlarının təhlükəsizliyini təmin edəcək təyyarələrə ehtiyac var.
Bu işlərin öhdəsindən isə ABŞ istehsalı olan “F-16C Block 50” və “F-16V Block 70” qırıcıları gələ bilər.
Birləşmiş Ştatlar Ukraynaya qırıcılar verərsə, bu olay müharibənin gedişatını köklü şəkildə dəyişərək səmada Rusiya HHQ-nın üstünlüyünə son qoya bilər. (Milli.az)