Türkiyənin güclü geoiqtisadi həmləsi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
18:08 | 22 iyul 2022 | Cümə
Məqaləyə 1113 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
İtki yoxdur
“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Ukrayna və Rusiya cümə günü İstanbulda milyonlarla ton Ukrayna taxılının dünya bazarlarına çıxarmaq və inkişaf etməkdə olan ölkələrdə milyonla insanın üzləşdiyi artan ərzaq çatışmazlığının təsirlərini azaltmaq məqsədi daşıyan razılıq imzalayıblar.
“Siz əngəlləri aşaraq və fikir ayrılıqlarını bir kənara qoyaraq hər kəsin ümumi maraqlarına xidmət edən təşəbbüsə yol açdınız”, – BMT-nin baş katibi Antoni Quterreş imza mərasimində Rusiya və Ukrayna nümayəndələrinə deyib və etiraf edib ki, “bu razılıq asan əldə olunmayıb”.
“Bu danışıqların aparıcı qüvvəsi bəşəriyyətin rifahını yüksəltmək idi”, – o deyib: “Məsələ nəyin bir və ya digər tərəf üçün yaxşı olmasında deyildi. Diqqət dünya insanları üçün ən vacib olan şeylərə yönəlmişdi. Və şübhəniz olmasın ki, bu, dünya üçün bir razılıqdır”.
Ukrayna dünyanın aparıcı taxıl ixracatçısıdır və hər il 400 milyon insana yetəcək qədər taxıl istehsal edir, ancaq Rusiyanın Qara Dənizdə blokadası səbəbilə 20 milyon tona yaxın taxıl siloslar və gəmilərdə ilişib qalıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Lubrakov Qara Dəniz Təşəbbüsü ilə düzənlənən imzalama mərasimində sövdələşməni imzalayıb. Razılığı həmçinin Türkiyənin müdafiə naziri və BMT-nin baş katibi də imzalayıb. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
“Bizim bu gün İstanbulda Rusiya və Ukrayna ilə atdığımız birgə addım, sülh üçün ümidləri canlandıracaq yeni dönüş nöqtəsi olacaq. Mən buna səmimi olaraq ümid edirəm”, – Ərdoğan deyib. O, Qara Dəniz Təşəbbüsünün əsasında qurulmuş “mehriban və dinc atmosfer”in müharibəyə son qoymaq üçün transformativ addımlara gətirib çıxaracağına ümid bəslədiyini bildirib.
İlkin razılıq 120 gün müddətindədir, ancaq BMT rəsmisi onun müharibə boyu davam etməli olduğunu deyib.
Birləşmiş Millətlər Təşkilatı aylardır Rusiya və Ukrayna rəsmiləri ilə paralel olaraq iki məsələ üzərində işləyirdi. Biri Rusiyanın Ukraynanın cənubunda Qara Dəniz limanlarındakı blokadasını aradan qaldırmaq, digəri isə Rusiyanın ərzaq və gübrələrinin dünya bazarlarına əngəlsiz çıxışını təmin etmək idi. Rusiya həmçinin aparıcı taxıl ixracatçısı və əsas gübrə istehsalçıdır.
Müharibə başlayandan bəri qlobal bazarlarda gübrənin qiyməti iki qat artıb, bu da öz növbəsində məhsullarının qiymətini artırıb.
İstanbulda əldə olunan razılıq sayəsində Ukrayna gəmiləri növbəti bir neçə həftə içində yenidən hərəkətə keçə bilər, çünki Odessa, Çernomorks və Yujnı limanları yenidən istismara veriləcək, İstanbulda isə əməliyyatlara nəzarət etmək üçün sürətli bir şəkildə birgə koordinasiya mərkəzi yaradılacaq.
BMT bildirir ki, Rusiyanın fevralın 24-də başlatdığı hərbi müdaxilədən öncə dünya boyu 276 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşirdi, indi isə rəsmilər bu rəqəmin 345 milyona çatdığını təxmin edir. Razılıq müharibə nəticəsində artan ərzaq qiymətləri səbəbilə çətinlik çəkən milyonlarla insana yardım edəcək.