Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:16 | 22 iyul 2022 | Cümə
Məqaləyə 1304 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Ukraynanın birinci xanımı Alena Zelenska ABŞ Konqresinə Rusiyanın ölkəsinə təcavüzünün insan həyatı bahasına başa gəldiyini xatırlatdığı vaxt Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın hərbi məqsədlərinin artıq təkcə ölkənin şərqi ilə məhdudlaşmadığını deyib.
Ukraynanın birinci xanımı Alena Zelenska çərşənbə günü ABŞ Konqresinin hər iki palatasının üzvləri tərəfindən sürəkli alqışlarla qarşılanıb. O bildirib ki, prezidentlərin xanımları adətən təhsil kimi dinc işlərə diqqət yetirsələr də o, Rusiyanın onun xalqı və ölkəsinə qarşı təcavüzün davam etdiyi vaxt kənarda qala bilmir.
Alena Zelenska, Ukraynanın birinci xanımı: “Mən indi heç vaxt istəmədiyim bir şey istəyirəm. Mən silah xahiş edirəm. Başqasının torpağında müharibə aparmaq üçün deyil, öz evini və o evdə sağ-salamat oyanmaq hüququnu qorumaq üçün istifadə olunacaq silahlar. Mən hava hücumundan müdafiə sistemləri xahiş edirəm ki, raketlər uşaq arabasındakı uşaqları öldürməsin”.
Alena Zelenska müharibədə insan tələfatını əks etdirən video görüntüləri paylaşdığı vaxt Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın hərbi məqsədlərinin təkcə şərqə yönəlmədiyini deyib və Ukraynanın sülh danışıqlarına ciddi yanaşmadığını iddia edib.
Sergey Lavrov, Rusiyanın xarici işlər naziri: “Onlar heç vaxt ciddi insanların ciddi diqqətinə layiq olan bir şeyi ifadə edə bilməyəcəklər. Biz bunu artıq başa düşmüşük.”
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Rusiyanın hərbi irəliləyişi ilə bağlı suala belə cavab verib: “Beləliklə, nəticə ondan ibarətdir ki, xərclər çox yüksəkdir, faydalar isə çox azdır. Donbasın iki vilayəti olan Luqansk-Donbas bölgəsində “tükətmə müharibəsi” gedir. Donbasın itirilib-itirilməməsi ilə bağlı sualınıza cavab olaraq, xeyr, hələ itirilməyib”.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Rusiyanın əsassız hərbi müdaxiləsindən beş ay keçməsinə baxmayaraq, Ukrayna ordusu hələ də döyüşür, Kiyev isə hələ dayanır.