Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:48 | 22 iyul 2022 | Cümə
Məqaləyə 1293 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Ukrayna və Rusiya rəsmiləri iyulun 22-də İstanbulda Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair BMT tərəfindən dəstəklənən sazişi imzalayıblar.
Saziş Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən ayrı-ayrılıqda, paralel olaraq BMT və Türkiyə ilə imzalanıb.
İmzalama mərasiminə BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik ediblər.
***
Rusiya və Ukrayna rəsmiləri Ukraynadan taxıl ixracına imkan verəcək, BMT-nin dəstəklədiyi sazişi imzalamaq üçün Türkiyəyə gediblər. Moskvanın qonşusuna qarşı səbəbsiz işğalı qlobal ərzaq böhranına səbəb olub.
Rusiyanın Müdafiə Nazirliyi nazir Sergey Şoyqunun İstanbula çatdığını bildirir.
Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov da Türkiyədədir.
***
İki ölkənin hərbi nümayəndə heyətləri ötən həftə BMT planı üzrə razılığa gəliblər. Plana görə Ukraynadan 22 milyon ton taxıl və digər kənd təsərrüfatı məhsulları ixrac ediləcək. Taxıl təchizatı üzrə yekun razılaşma iyulun 21-də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin Baş katibi Antonio Quterreşin iştirakıyla əldə olunub.
Fevralın 24-də başlanmış işğala görə Ukraynanın cənubundakı taxıl anbarlarda qalıb. Qara dəniz faktiki bloklandığından Ukraynanın ixracı müharibədən öncəki səviyyənin altıda biri həddinə düşüb.
İyulun 22-də İstanbulda danışan Ərdoğan imzalamadan sonra dünyaya taxıl ixracı barədə “yaxşı xəbər” verəcəyini deyib.
“Tezliklə, Rusiya, Ukrayna və BMT-nin Baş katibinin iştirakıyla imzalar atılacaq, taxıl məsələsində problemlər həll olunacaq, mən dünyaya yaxşı xəbər verəcəyəm”, – Ərdoğan Türkiyənin ən böyük şəhərində bir tədbirdə deyib.
***
Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak daha ehtiyatlı danışıb. O, Twitter-də yazıb ki, Ukrayna Rusiya ilə deyil, BMT və Türkiyə ilə saziş imzalayır. Onun sözlərinə görə, “taxıl nəqliyyatını Rusiya gəmiləri mühafizə etməyəcək, limanlarımızda Rusiya təmsilçiləri olmayacaq”.
“Provokasiyaya dərhal hərbi reaksiya veriləcək”, – yazan Podolyak əlavə edib ki, nəqliyyat gəmilərində bütün təftişlər “ehtiyac yaranarsa”, Türkiyə sularında birgə komandalarımız tərəfindən həyata keçiriləcək.
Rusiyanın xəbər agentlikləri mənbələrə istinadla yazırlar ki, ən böyük Odessa ixrac habı daxil olmaqla, Ukrayna limanları yenidən açılacaq.
Amerika Birləşmiş Ştatları elan edilmiş razılaşmanı alqışlayıb. Dövlət Departamenti isə bildirib ki, sazişin icrası üçün Rusiyanın məsuliyyət daşımasına diqqət yetirəcək.