vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 sentyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
Türkiyədə dörd İran casusu həbs edilib 15:32 | 17 sentyabr 2022 | Şənbə Məqaləyə 4542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə dörd İran casusu həbs edilib

Xeyli saxta sənəd, casus cihazı ələ keçirilib

CAVİDAN

Türkiyə mediasının yazdığına görə, İstanbulda 4 İran vətəndaşı “siyasi və hərbi casusluq məqsədilə hökumətə aid məlumatları toplamaq” ittihamı ilə həbs edilib.

İstanbul polisi açıqlamasında bildirib ki, immiqrant qaçaqmalçılığı ilə mübarizə idarəsinin əməkdaşları bir iranlı cütlük və daha iki İran vətəndaşının saxta sənədlərlə immiqrantları Türkiyəyə keçirməyə cəhd etdiklərini müəyyən ediblər.

Açıqlamaya görə, saxlanılanlardan onlarla xarici və Türkiyə pasportu, kəşfiyyat və casusluq fəaliyyətlərində istifadə edilən bir dinləmə cihazı ələ keçirilib.

Bəyanatda əlavə edilib ki, onlar daha əvvəl də İstanbulda “miqrant qaçaqmalçılığı əməliyyatı” zamanı həbs ediliblər.