Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
12:35 | 4 oktyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1623 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
“Ermənistan hakimiyyəti Cənubi Qafqazda Azərbaycana yönəlik siyasətində baş verən proseslərə beynəlxalq don geyindirmək niyyətini davam etdirir”. Bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşündə də öz mövqeyini kəskin şəkildə irəli sürüb: “Birinci Qarabağ müharibəsində də məsələni dini zəminə çəkmək istəyən İrəvan rəhbərliyi bu istiqamətdə çoxsaylı cəhdlər etdi və analoji addımları biz İkinci Qarabağ müharibəsində də gördük, Ermənistan hazırda da postmünaqişə dövründə Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artırılması siyasətini əldə rəhbər tutur.
Müxtəlif güc mərkəzlərinin erməni lobbisinin təsiri altına salınması və rəsmi şəxslərin ələ alınması prosesi həyata keçirilir və bunun nəticəsidir ki, müxtəlif sosial şəbəkə hesablarında rəsmilər Azərbaycana yönəlik bəzi çağırışlar edirlər.
Beynəlxalq güclərin dəstəyinə arxalanan rəsmi İrəvan özü üçün siyasi dividentlər qazanmağa çalışır. Eyni zamanda Ermənistan həm də üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır, sülh müqaviləsinin imzalanması prosesini uzadır və hər zaman diplomatik-siyasi müstəvidə hər hansısa bir təmas yaranırsa, mühüm görüş həyata keçirilirsə, ardınca Azərbaycanın mövqeləri atəşə tutulur.
Ermənistan tərəfi Kəlbəcər və Tovuzu yenidən atəşə tutmaqla öz sülhdən yayınmaq məqsədini də nümayiş etdirir. Düşünürəm ki, bu qəbulolunmaz yanaşmadır və Ermənistan öz məqsədlərini, ikili oyununu hər vəchlə nümayiş etdirməkdə davam edir. Lakin Azərbaycanın Ermənistanı sülhə məcbur etmək siyasəti daha prinsipiallığı ilə seçilir. Azərbaycan təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər həyata keçirməklə yanaşı, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası prosesini önə çəkir.
Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı da delimitasiya komissiyasının işinin noyabr ayından oktyabra keçirilməsi ilə bağlı rəsmi Bakı təklif irəli sürdü və düşünürəm ki, bu təklif Ermənistan tərəfindən qəbul olunmalıdır. Əgər Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşməsi, onların delimitasiyası-demarkasiyası işində maraqlıdırsa və Azərbaycana qarşı böhtan kompansiyasına son qoymaq niyyəti güdürsə, onda bu komissiyanın işində düzgün yanaşmalı və komissiyanın işini ləngitməməlidir.
Eyni zamanda qeyd etmək lazımdır ki, müxtəlif mənbələrin qeyd etdiyinə görə, Azərbaycan həm də danışıqlar prosesində öz mövqeyini kəskin şəkildə irəli sürüb və burada Azərbaycana qarşı ərazi iddialarına son qoymaq, Qarabağın Azərbaycanın tərkib hissəsi və yuridiksiyası altında formalaşması üçün yekun mövqe nümayiş etdirilib.
Regionun hərbisizləşdirilməsi ən önəmli prearitetdir. Fikrimcə, məhz bu xüsuslar çərçivəsində danışıqlar prosesi öz məntiqli nəticəsini tapmalı və Azərbaycanın irəli sürdüyü 5 prinsip sülh müqaviləsinə çevrilməlidir”. (Milli.az)