Kreml iqtisadi rıçaqları işə salır
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
14:08 | 8 oktyabr 2022 | Şənbə
Məqaləyə 1005 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ermənistandan vacib Türkiyə həmləsi
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
Praqada dördtərəfli görüş baş tutdu. Bu görüşün sonunda deklarasiya imzalandı. Danışıqlar iki hissədən ibarət olmaqla 5 saata yaxın davam etdi. Hazırda razılaşdırılmış deklarasiya mətni bütün dünyada ciddi müzakirə predmetinə çevrilib.
Öncə onu qeyd edim ki, Praqa bəyanatı pozitiv hava yaratması baxımından önəmlidir. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasının deklarativ də olsa elanı təbii ki, müsbət qiymətləndirilməlidir. Burada xüsusilə onu da nəzərə almaq lazımdır ki, bu sənədin hüquqi bağlayıcılığı demək olar ki, yoxdur. Çünki sözügedən deklarasiyanın altında nə Azərbaycan prezidentinin, nə də Ermənistan baş nazirinin imzası var.
Amma burada bir məsələ diqqətdən yayına bilməz. Baxsaq görərik ki, dövlətlərin qarşılıqlı ərazi tanıması BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi ilə (MSB-nin məqsəd və prinsipləri haqqında) əlaqələndirilir. Buradan belə aydın olur ki, əslində bu dördtərəfli yekun bəyanatın mətni Paşinyanı daxili siyasətdə rahatlatmağa, Azərbaycanla sülh yolunda daha qəti, konkret və sürtəli addımlar atmağa hesablanıb.
Çünki əgər yadınızdadırsa, erməni baş nazir 44 günlük müharibədən sonra son həftələrə kimi Azərbaycanın regionda yaratdığı yeni geosiyasi konfiqurasiya qarşısında aciz vəziyyətə düşdüyü üçün çulunu sudan quru çıxarmaq və daxildə ona qarşı “xəyanət” damğasından qurtulmaq məqsədilə davamlı olaraq “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü məndən əvvəl tanıyıb” deyirdi.
Yəni Ermənistanın BMT Nizamnaməsində əksini tapmış müddəaları, prinsipləri qəbul etdiyini söyləməsi Paşinyanın mövqeyinə beynəlxalq dəstəyin daha nümayişkaranə və açıq forması deməkdir ki, bu da deyildiyi kimi, rəsmi İrəvanın davamlı sülh üçün daha cəsarətli addımlar atmasına hesablanmış ola bilər. Buradan da görünür ki, Qərb Paşinyanın Ermənistan daxilində öz mövqelərini qoruyub saxlamasında maraqlıdır.
Bunu Bakı da çox yaxşı bilir. Azərbaycan da davamlı sülhün əldə olunması, bölgədə sabitlik, hüzurun hökm sürməsi üçün Ermənistandan konkret addımlar atılmasının lazım olduğunu yaxşı anladığına görə, rəsmi İrəvana bu məsələdə dəstək verməyə hazır olduğunu ifadə edir.
Sərhəddə Avropa Birliyinin mülki müşahidə missiyasının yerləşdirilməsi hər iki tərəf üçün gərəksiz olan hərbi toqquşma riskini azaltmaq baxımından əhəmiyyətli görünsə də, Azərbaycan Fransa, ABŞ və Ermənistanın birgə təşəbbüsü olan bu təklifdən imtina etdi. Çünki Bakı çox yaxşı bilir ki, Aİ, ABŞ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək niyyətindədir. Amma öz suverenliyini hər şeydən üstün tutan Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiyası yalnız Ermənistan ərazisində olacaq.
Aydındır ki, Kreml bu prosesdəki liderliyini Qərbə güzəştə getmək istəməyəcək. Bu səbəbdən yaxın günlərdə sərhəddə və ya Qarabağda növbəti təxribatların baş verməsini, eləcə də Ermənistanda revanşist millətçilərin Paşinyana qarşı etiraz aksiyalarının güclənəcəyini istisna etmək olmaz.
Çox güman ki, Praqadakı yekun bəyanatda Rusiya bir məsələni xüsusilə diqqətdə saxlayacaq: Bakı Avropanın istəklərini müəyyən qədər nəzərə almaqla yanaşı, müşahidə missiyasını öz ərazisinə qoymamaqla Rusiyanın da maraqlarını müdafiə etmiş oldu. Azərbaycandan fərqli olaraq uzun illərdir Rusiyanın forpostu elan etdiyi Ermənistan isə əksinə. Qərbi öz ərazisində, eyni zamanda bölgədə Rusiyaya rəqib kimi dəvət edən İrəvan, Moskvanın maraqlarını ayaq altına atdı.
Bununla da rəsmi Bakı Rusiyanın İrəvana qarşı Azərbaycanın maraqlarının nəzərə alındığı gediş etməsi üçün minbit zəmin hazırladı. Çünki Əliyev Qərbin Azərbaycana qarşı cəbhə almasına imkan vermədiyi halda, Paşinyan bunun əksini etdi.
Təbii ki, Azərbaycan üçün ən vacib məsələ onun suveren ərazilərinin Ermənistan tərəfindən tanınması məsələsi idi ki, bunu da Avropa İttifaqı kimi beynəlxalq qurum və Avropa Birliyinin ən aparıcı üzvü, eyni zamanda bu qurumun hazırkı sədri Fransanın iştirakı ilə Nikol Paşinyan bəyan etdi.
Bu o deməkdir ki, Praqa bəyanatından sonra Ermənistan rəsmi şəkildə qəbul edir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, - bunu Fransa da, Aİ də qəbul edir, - bir də heç vaxt rəsmi İrəvan danışıqlar masasında məsələ qaldıra bilməz ki, Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizlik məsələsi necə olacaq. İstər son Ağdam səfəri zamanı, istərsə də Praqada yerli jurnalistlərə müsahibəsində Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.
Ermənistan əgər bundan sonra Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etsə, o zaman təbii ki, babalı Ermənistanın boynuna. Çünki belə nəticə çıxacaq ki, Ermənistan üçün heç bir sənəd, heç bir beynəlxalq hüquq, norma və prinsip işləmir. Belə olan təqdirdə Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycana Dəmir yumruğunu növbəti dəfə işə salmaqdan başqa seçim buraxmayacaq.