Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
20:26 | 6 noyabr 2022 | Bazar
Məqaləyə 696 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
“The Washington Post” şənbə günü dərc olunmuş məqalədə Bayden administrasiyasının Ukrayna liderlərini Rusiya ilə danışıqlara açıq olduqlarını nümayiş etdirməyə və prezident Vladimir Putin hakimiyyətdən kənarlaşdırılmasa, sülh danışıqlarında iştirak edilməyəcəyi kimi mövqeyindən imtina etməyə təşviq etdiyini yazır.
Qəzet müzakirələrlə tanış olan adı açıqlanmayan şəxslərə istinad edərək yazır ki, ABŞ rəsmilərinin müraciəti Ukraynanı danışıqlar masasına gətirmək məqsədi daşımır. Bu, müharibənin illərlə davam edə bilcəyindən ehtiyat edən seçicilərin olduğu digər ölkələrin Kiyevə dəstəyini təmin etmək üçün hesablanmış cəhddir.
Məqalədə bildirilir ki, müzakirələr ABŞ rəsmilərinin Kiyevə “lazım olduğu müddətdə” böyük həcmdə yardımın veriləcəyini açıq şəkildə vəd edərək, eyni zamanda dünya iqtisadiyyatına böyük zərər vuran və nüvə müharibəsi təhlükəsini artıran səkkiz aydır davam edən münaqişənin həllinə ümid etdiyi vaxt Bayden administrasiyasının Ukrayna ilə bağlı mövqeyinin mürəkkəbliyini nümayiş etdirir.
“The Washington Post”un məqaləsində ABŞ rəsmilərinin ukraynalı həmkarlarının Putinin hələlik danışıqlarla bağlı ciddi olmadığına dair qiymətləndirməsini bölüşdüyü, lakin Ukrayna prezidenti Vladimir Zelenskinin onunla danışıqları istisna etməsinin müharibənin ərzaq və yanacaq qiymətlərinə təsirinin ən ciddi şəkildə hiss olunduğu Avropa, Afrika və Latın Amerikasının bəzi ölkələrində narahatlıq yaratdığını etiraf etdiyi qeyd edilir.
“Ukrayna yorğunluğu bizim bəzi tərəfdaşlarımız üçün real problemdir”, – “The Washington Post” adının açıqlanmadığı bir ABŞ rəsmisinə istinadən yazır.
Ağ Evin Milli Təhlükəsizlik Şurası məlumatların doğru olub-olmadığı ilə bağlı şərh verməyib. Dövlət Departamentinin sözçüsü isə cavab olaraq bunları bildirib: “Biz bunu əvvəllər demişik və yenə də deyirik: Əməllər sözlərdən daha yüksək səslə danışır. Əgər Rusiya danışıqlara hazırdırsa, bomba və raketləri dayandırmalı, qüvvələrini Ukraynadan çıxarmalıdır”.
“Kreml bu müharibədə eskalasiyanı davam etdirir. Kreml hələ Ukraynaya genişmiqyaslı müdaxiləyə başlamamışdan əvvəl ciddi şəkildə danışıqlara başlamaq istəmədiyini nümayiş etdirib” – deyə, Dövlət Departamentinin sözçüsü əlavə edib.
O həmçinin Zelenskinin cümə günü verdiyi bəyanatı da qeyd edib: “Biz sülhə, formulunu dəfələrlə səsləndirdiyimiz həqiqi və ədalətli sülhə hazırıq”.
“Dünya bizim mövqeyimizi bilir. Bu, BMT Nizamnaməsinə hörmət, ərazi bütövlüyümüzə hörmət, xalqımıza hörmətdir”, – Zelenski cümə günü gecə saatlarında Ukrayna xalqına müraciətində əlavə edib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan cümə günü Kiyevə səfəri zamanı bildirib ki, Vaşinqtonun Ukraynaya dəstəyi çərşənbə axşamı günü Konqresə ara seçkilərdən sonra da “sabit və sarsılmaz” olaraq qalacaq.