Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:52 | 16 noyabr 2022 | Çərşənbə
Məqaləyə 869 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
NATO və “Böyük Yeddilər”in liderləri Polşanın şərqində, Varşavanın Rusiya istehsalı olan raketlə vurulduğunu dediyi partlayışı və Rusiyanın Ukraynaya qarşı hücumlarının əhəmiyyətli dərəcədə artmasını müzakirə etmək üçün çərşənbə günü yerli vaxtla səhər saatlarında Balidə keçirilən G-20 sammitindən kənarda təcili toplantı keçirib.
ABŞ Prezidenti Co Bayden görüşdən sonra jurnalistlərə “Biz Polşanın Ukrayna sərhədi yaxınlığındakı kəndində baş verən partlayışla bağlı araşdırmasını dəstəkləyəcəyik” deyib.
Təcili təşkil olunmuş fövqəladə iclasda ABŞ Prezidenti Co Bayden partlayışdan sonra Kanada, Avropa Komissiyası, Avropa Şurası, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, İspaniya və Britaniya liderlərini bir araya gətirib.
Bayden bu məqamda raketin Rusiyadan atılması ehtimalının az olduğunu deyib.
O, “Bunu inkar edən ilkin məlumatlar var. Araşdırma tam başa çatana qədər mən bunu demək istəmirəm”, – deyə, o əlavə edib.
Associated Press xəbər agentliyinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ilkin araşdırmalar Polşaya düşən raketin Ukrayna qüvvələri tərəfindən Rusiyadan atılan raketi vurmaq üçün atıldığını göstərib.
Moskvanın BMT-dəki nümayəndəsi partlayışın Rusiya ilə NATO arasında müharibənin alovlanması üçün edildiyini deyib.
“NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma yaratmaq cəhdi var və bunun nəticələri dünyaya təsir edəcək” , Dmitri Polyanski Telegram kanalında yayımladığı bəyanatda bildirib.
Çərşənbə günü fövqəladə iclas zamanı liderlər Rusiyanın son raket hücumlarını da müzakirə edib. Bayden Moskvanın hərəkətlərini “tam vicdansızlıq” adlandırıb.
“Dünyanın G-20-də gərginliyi azaltmağa çağırdığı an, biz görüş keçirdiyimiz zaman Rusiya davam etdi, Ukraynada eskalasiyanı seçdi”, – deyə, Bayden bildirib.