Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:58 | 15 may 2024 | Çərşənbə
Məqaləyə 605 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Co Bayden bir sıra məhsullara, o cümlədən Çindən gələn elektrik avtomobillərinə, günəş panellərinə və polad məhsullarına əlavə gömrük rüsumları tətbiq etmək qərarına gəlib.
Çini texnologiya transferi, əqli mülkiyyət hüquqları və sahibkarlıq ilə bağlı ədalətsiz kommersiya praktikasında iştirak etməkdə və qiymətləri süni şəkildə aşağı salınmış məhsullarla qlobal bazarları zəbt etməkdə günahlandıran rəsmi Vaşinqton Pekinə 100 faiz gömrük rüsumunun tətbiqi də daxil olmaqla bir sıra yeni tədbirləri açıqladı.
Qərar, Baydenin Ağ Ev yarışında rəqibi olan keçmiş prezident Donald Trampın Çin istehsalı olan elektrik avtomobillərinin ABŞ avtomobil sənayesini məhv edəcəyi ilə bağlı aylarla tənqid etməsindən sonra verilib. Ağ Evin yaydığı açıqlamada, bu gün açıqlanan planın Çindən 18 milyard dollarlıq idxalı əhatə edəcəyi bildirilib.
Bu il ABŞ Çindən gələn elektrik avtomobilləri üçün gömrük rüsumunu 25 faizdən 100 faizə, günəş panelləri üçün vergini 25 faizdən 50 faizə, bəzi alüminium və polad məhsullarına rüsumları isə 7,5 faizdən 25 faizə qaldıracaq. ABŞ həmçinin 2025-ci ilə qədər yarımkeçiricilərə vergini 25 faizdən 50-yə qaldıracaq. Çindən gətirilən elektrik avtomobillərinin akkumulyatorlarına, çiplərinə və tibbi məhsullara oxşar tariflərlə əlavə gömrük rüsumları tətbiq ediləcək.
Ağ Ev bu tədbirlərin ABŞ işçilərini və bizneslərini qorumaq üçün olduğunu bildirsə də, Çin böyük gömrük rüsumlarına qarşı öz maraqlarını qoruyacaqlarını bildirib. Nazirlikdən verilən açıqlamada, “Gömrük rüsumlarının artırılması prezident Co Baydenin “Çinin inkişafını məhdudlaşdırmaq və boğmaqdan çəkinmək” və “Çin ilə əlaqələri kəsməkdən və ayrılmaqdan çəkinmək” öhdəliklərinə ziddir. Bu addımın ikitərəfli əməkdaşlıq mühitinə ciddi təsirləri olacaq”.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin jurnalistlərə açıqlamasında “Çin Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozan gömrük rüsumlarının artırılmasının birtərəfli addımına qarşıdır və qanuni hüquqlarını qorumaq üçün bütün lazımi addımları atacaq”, – deyib.