Trampdan gözlənilməz qərar
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
14:12 | 14 iyul 2024 | Bazar
Məqaləyə 509 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Respublikaçı senatorlar prezident Co Baydeni Pensilvaniyada keçirilən mitinqdə Donald Trampın yaralanmasına səbəb olan sui-qəsd əmrini verməkdə ittiham edib.
Şənbə günü Məxfi xidməti əməkdaşları çıxışına yenicə başlamış ABŞ-ın keçmiş prezidentini üzündən qan axarkən tez bir zamanda səhnədən çıxarıb gözləyən maşına mindiriblər. Trampın təşviqat komandası onun vəziyyətinin “yaxşı olduğunu” və “yerli tibb müəssisəsində yoxlanıldığını” söyləyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Məxfi xidmət agentləri atəş açılan zaman aksiyanın yaxınlığında olan şübhəli silahlı şəxsi öldürüblər.
Silahlı şəxsin “birdən çox atəş” açması nəticəsində bir tamaşaçının öldüyünü, ikisinin isə ağır yaralandığını bildirilib. Atışmanın sui-qəsd olduğu ehtimal edilir.
Hadisədən bir saat keçməmiş Corciya ştatının Respublikaçı konqresmeni Mayk Kollinz Co Baydenin sitatının ekran görüntüsünü paylaşıb: “Müzakirə haqqında danışmağımız bitdi, indi Trampın üstündən xətt çəkməyimizin vaxtı gəldi”.
“Politico”nun məlumatına görə, ABŞ prezident bu sözləri ötən bazar ertəsi Demokratik donorlar qarşısında çıxışında deyib.
Kollins sitatda “Əmri Co Bayden verdi” yazıb.
Sosial mediada təxribat xarakterli açıqlamaları ilə tanınan Kollinz eyni zamanda Baydenin sui-qəsd cəhdinə görə mühakimə olunmasını istəyib.
“Pensilvaniya ştatının Butler şəhərinin Respublikaçı dairə prokuroru dərhal Cozef R. Baydenə haqqında sui-qəsdə təhrik etdiyinə görə ittiham irəli sürməlidir”, – deyib.
Digər respublikaçı konqresmenlər də hadisəylə bağlı demokratları günahlandırıblar.
Trampın vitse-prezidentliyə potensial namizədlərindən biri olan Ohayo senatoru Ceyms Deyvid Vens X sosial şəbəkəsindəki statusunda “bu gün baş verənlər sıradan hadisə deyil”, – yazıb.
Bayden kampaniyasının əsas müddəası ondan ibarətdir ki, Donald Tramp nəyin bahasına olursa olsun dayandırılmalı olan avtoritar faşistdir. Bu ritorika birbaşa prezident Trampa sui-qəsd cəhdinə səbəb olub.
Trampın başqa bir müttəfiqi, Alabama senatoru Tommy Tuberville də Vance-in sözlərini retvit edib.
Şənbə gecəsi açıqlama verən prezident Co Bayden sui-qəsd cəhdindən sonra deyib ki, hər bir amerikalı siyasi zorakılığı pisləməlidir.
Delaver ştatının Rehobot Biç şəhərindəki konqres mərkəzlərinin birində danışan Bayden, vəziyyətlə bağlı “federal hökumətin bütün agentlikləri tərəfindən hərtərəfli məlumatlandırıldığını” və Trampa əlaqə yaratmağa çalışdığını, lakin “həkimlərinin yanında olduğu” üçün bunu edə bilmədiyini söyləyib.
Bayden, Trampın həkimləri ilə də danışmağı planlaşdırdığını və “Amerikada bu cür zorakılığa yer olmadığını” söyləyib. ABŞ prezidenti hadisəylə bağlı “bu iyrəncdir” deyib.
Mitinqdə baş verən hadisənin “bu ölkəni niyə birləşdirməli olduğumuzun” səbəblərindən birini göstərdiyini deyən Bayden, amerikalıların “zorakılığın baş verməsinə icazə verə bilməz” deyib.
“Biz belə ola bilmərik. Biz bunu gözardı edə bilmərik”.