
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
Belarusda 52 məhkum əfv edildi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
Donald Trampın sui-qəsd cəhdindən sağ çıxdığı Pensilvaniya ştatının Butler şəhərində baş verən sui-qəsdə cəhdlə nəticələnən mitinqdə iştirak edən konqresmen Mayk Kelli amerikalıları “ayılmağa” və “üçüncü dünya ölkəsi” kimi davranmağı dayandırmağa çağırıb.
Bazar günü hadisə barədə “The Hill” qəzetinə danışan Pensilvaniya ştatından seçilən konqresmen, Batler (Butler ounty) şəhəri sakini Mayk Kelli “mən fiziki olaraq da, əqli cəhətdən yaxşıyam. Amma... Bu dayanmalıdır. Bu tamamilə dayandırılmalıdır”, – deyib.
Kelli bildirib ki, nə onun, nə də onun həyat yoldaşı, nəvələri və aksiyada iştirak edən digər qohumlar xəsarət almayıb. Respublikaçısı konqresmen Amerikada baş verənləri dərindən araşdırmağın vaxtı olduğunu deyərək sölərinə davam edib: “Bura mənim böyüdüyüm yerdir. Böyüklərimiz bizə gələcək təmin etmək üçün İkinci Dünya Müharibəsində vuruşublar. Bu, həmin müharibədən sağ çıxan Amerika deyil. İndi biz üçüncü dünya ölkəsi kimiyik”.
Respublikaçı konqresmen sözlərinə davam edib: “Artıq Amerika birləşmiş yox, Amerika bölünmüş ştatlarıdır və çox radikaldır”.
Kelli vurğulayıb ki, bütün amerikalılar, siyasi baxışlarından asılı olmayaraq, getdikcə daha çox bölücü ritorikaları barədə diqqətlə düşünməlidirlər.
“Reallıq ondan ibarətdir ki, biz dediklərimizə görə məsuliyyət daşımalıyıq və düşünürəm ki, hamımız bunun üçün şəxsi məsuliyyət götürməyə başlamalıyıq. Bu, tək bir partiya, bir qrup insan deyil”.
Zorakılıqdan dərhal sonra ABŞ prezidenti Co Baydeni günahlandırmağa tələsən bəzi partiya üzvlərindən fərqli olaraq, Kelli deyib ki, “kimisə günahlandırmaq hələ tezdir”.
“ABŞ prezidenti Co Bayden bazar günü günortadan sonra mətbuata açıqlamasında oxşar xəbərdarlıq etdi: “Təcavüzkarın motivləri və mənsubiyyətləri haqqında fərziyyələr irəli sürməyin”.
Sui-qəsd Trampın partiyanın prezidentliyə namizədi seçiləcəyi gözlənilən Miluoki (Milwaukee) şəhərində Respublikaçılar Partiyasının Milli Konqresinə qatılmaqdan iki gün əvvəl baş verib.
Bununla belə, keçmiş Məxfi xidmət agentləri hadisə ilə bağlı bəzi məqamları şübhə altına alırlar. ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri komitənin insidentlə bağlı araşdırmaya başlayacağını açıqlayıb.
Hadisənin motivi və əlində avtomat daşıyan şəxsin keçmiş prezidentə necə bu qədər yaxınlaşa biləcəyi də səlahiyyətlilər tərəfindən araşdırılır. FTB bazar günü bildirib ki, hücum sui-qəsd cəhdi və daxili terror aktı kimi araşdırılır.
“Sual olunur ki, “Niyə bu gənc həmin gün prezidentliyə namizədi öldürməli olduğuna qərar verdi?” Kelli deyib.
“Mən əmin deyiləm ki, Məxfi xidmət bunun üçün hansısa hüquqi tədbir görə bilərdi. Bu cür davranışlar insanların qəlbində və şüurunda başlayır. Bütün oyanmasının vaxtıdır. Bu artıq dözülməz həddə çatıb”.