Trampın oğlu nişanlandı
ABŞ prezidenti bankirlə quda olur
09:21 | 16 iyul 2024 | Çərşənbə axşamı
Məqaləyə 315 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Tramp vitse-prezidentliyə namizədinin Respublikaçı Ohayo ştatından senator Ceyms Devid Vens olduğunu açıqlayıb.
Tramp qərarını təsisçisi olduğu “Social Truth”da sosial şəkəsindəki şəxsi hesabından açıqlayıb.
Respublikaçı Ohayo senatoru Ceyms Devid Vensın ən uyğun adam olduğunu bildirən Tramp vitse-prezidentliyə namizədin çox uğurlu karyerası olduğunu qeyd edib.
Respublikaçılar Partiyası noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizəd kimi Donald Trampı seçdiklərini açıqlayıb.
Seçki ilə bağlı bəyanat Respublikaçılar Partiyasının Miluoki (Milwaukee) şəhərində keçirilən Milli Konqresində verilib.
Açıqlamada Trampın lazımi səsləri topladığı bildirilib və “Respublikaçılar Partiyası 5 noyabr prezident seçkiləri üçün namizəd olaraq Donald Trampı seçib”, – bildirilib.
***
1984-cü il təvəllüdlü Ohayo senatoru Ceyms Devid Vens Ohayoda anadan olub və orta təhsilini başa vurduqdan sonra ABŞ ordusuna qoşulub və 2005-ci ildə İraq müharibəsində dəniz piyadası kimi döyüşüb.
Ohayo Dövlət Universitetində bakalavr təhsilini tamamlayan və daha sonra Yale Hüquq Məktəbini bitirən Vens, “ən çox satılan kitablar” siyahısında olan “Hillbilly Elegy” adlı tərcümeyi-halı da var.
Daha əvvəl Trampı tənqid edən və onu “Amerikanın Hitleri” adlandıran Vens 2022-ci ildə siyasətə gələndən bəri onu dəstəkləyir.
2022-ci ildə Ohayo senatoru seçilən Vans evlidir və 3 övladı var.
***
Daxili siyasətdə mühafizəkar baxışları ilə tanınan Ohayo ştatından olan senator Trampa qarşı sui-qəsd cəhdindən sonra ABŞ mətbuatına verdiyi “Co Baydenin kampaniyası Trampı avtoritar faşist kimi göstərdi. Bu ritorika Trampa sui-qəsd cəhdinə səbəb oldu”, – açıqlaması ilə qanlı olayda bir başa Bayden və komandasını günahlandırdı.
***
Vens ABŞ siyasətində Ukrayna ilə bağlı şərhləri ilə gündəmə gələn senatorlar sırasındadır.
Vens İraq müharibəsi zamanı ABŞ-ın siyasətini tənqid edərək, "Ölkəmi qürurla təmsil etmək üçün İraqa getmişdim, amma orada yalan söyləndiyini gördüm”, – deyib.
Vens ABŞ prezidenti Baydenin Ukrayna siyasətinə də tənqid edib. Ukraynanın müharibədə müvəffəqiyyətli olmaq üçün kifayət qədər əsgər və texnikaya malik olmadığını ifadə edən Vens Bayden administrasiyasının “aydın bir planı” olmadığını iddia edir.
Vens mövzu ilə bağlı verdiyi açıqlamada, “Ukraynanın günün sonunda ərazisinin bir hissəsini Rusiyaya verməli olacağını və bu müharibəni bitirməli olduğumuzu qəbul etmək ABŞ-ın xeyrinə olar. Şərqi Avropada yüz minlərlə günahsız mülki insanın həyatını itirməsi və buradakı böyük humanitar faciəni nəzərə alsaq, bunlara son qoymaq bizim və onların xeyrinə olardı”.
***
İsrail-Qəzza məsələsində Vens Bayden administrasiyasını “məhbusların azad edilməsini təmin edə bilmədiyi üçün” tənqid edir və İsrailə “işi bitirməsinə” icazə verilməli olduğunu bildirir.
ABŞ universitetlərində Fələstinə dəstək nümayişlərinə də reaksiya verən Vens, “nəyi müdafiə etdiyiniz məni maraqlandırmır. İctimai yerlərimizi zibilliyə çevirə bilməzsiniz. Düşərgələrdən əl çəkin. Qanunlara riayət edin”, – deyib.
İsrailyönlü mövqeyi ilə seçilən Vens ABŞ-ın İsrailə lazımi dəstəyi verməli olduğunu müdafiə edir.