Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:26 | 17 iyul 2024 | Çərşənbə
Məqaləyə 431 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bu gün ABŞ-ın gündəmini bomba kimi vuran digər bir hadisə isə Trampın sızdırılmış telefon danışığı olub. Respublikaçılar partiyasının namizədi özünü demokrat kimi qələmə verən və keçən il prezidentlik yarışını müstəqil namizəd kimi davam etdirəcəyini bəyan edən kiçik Robert Kennedidir (sui-qəsd nəticəsində öldürülən keçmiş ABŞ prezidenti Con Kennedinin nəvəsi). Namizədlərin telefon danışığı internetə sızıb. Sosial mediada yayımlanan klipdə Trampın görüş zamanı sui-qəsd cəhdini təsvir etməsi və peyvəndləri tənqid etməsi eşidilir.
Kennedi söhbət sızandan sonra verdiyi açıqlamada, “Tramp zəng edəndə çəkilişdəydim. Operatordan çəkilişi dərhal dayandırmağı xahiş etməliydim. Bunun paylaşıldığı üçün utanıram. Trampdan üzr istədim”, – deyib.
Sızdırılan telefon danışığında Kruksun “AR-15” avtomatına toxunan Tramp rəqibindən “bu olduqca böyük silahdır, elə deyilmi?” deyə soruşub. Sonra o, uğursuz sui-qəsd zamanı qulağına dəyən gülləni ağcaqanadla müqayisə edir: “Özümü div kimi hiss edirdim. Güllə isə sanki dünyanın ən böyük ağcaqanadı idi”.
Tramp həmçinin peyvənd əleyhdarı kimi ilə tanınan kiçik Kennediyə körpələrə böyük peyvənd kokteylləri verildiyini və bunun köklü dəyişikliklərə səbəb olduğunu söyləyərək, “mən səninlə razıyam, dostum. Bütün bu sistemdə nəsə bir səhv var”, – deyir.
Kennedinin təsdiqinə göz qırpan Tramp, “düşünürəm ki, bu, sizin üçün əla olar. Biz qalib gələcəyik, adamdan xeyli irəlidəyik”, – deyib.
Kennedinin prezidentlik yarışında səs payı doqquz faiz civarındadır və hər hansı namizədi dəstəkləməklə seçkiyə əhəmiyyətli təsir göstərə bilər.