Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:23 | 17 iyul 2024 | Çərşənbə
Məqaləyə 420 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Tayvanın Çindən müdafiəsi üçün ABŞ-a pul ödəməsini təklif edib. Amerika mediası “Bloomberg”ə verdiyi müsahibədə Tramp, Tayvan məsələsində ABŞ-ın ölkəni Çindən qorumaq üçün “sığorta şirkəti kimi işlədiyini”, lakin Taypey administrasiyasının “müqabilində heç bir şey vermədiyini” deyib.
Vaşinqton administrasiyası indiyədək Pekinin mümkün hücumlarına qarşı Tayvana milyardlarla dollarlıq müdafiə dəstəyi verib. Bununla belə, Trampın açıqlamaları noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Taypey administrasiyasına dəstəyi kəsmək ehtimalını da gündəmə gətirib.
“Əgər mən Tayvanın yerində olsaydım, özümü çox təhlükəsiz hiss etməzdim”, – deyən Tramp, ölkənin ABŞ-da demək olar ki, bütün yarımkeçirici çip sənayesini ələ keçirdiyinə dair tənqidini təkrarlayıb.
Dünyanın ən qabaqcıl yarımkeçirici çiplərinin ən azı 90 faizi Tayvanda istehsal olunur. “Taiwan Semiconductor Manufacturing”, “Apple” və “Nvidia” kimi nəhənglərin əsas təchizatçısıdır. Şirkət ABŞ-ın Arizona ştatında üç obyektə təxminən 65 milyard dollar sərmayə qoymuşdu.
Trampın açıqlamalarına cavab olaraq Tayvanın baş naziri Ço Cunq-Tai “ABŞ-a dəstəyinə görə minnətdar olduqlarını və ikitərəfli münasibətlərin qorunması üçün çox çalışdıqlarını”, – bildirib.
“Tayvan və ABŞ Tayvan boğazının Hind-Sakit okean bölgəsində ortaq məsuliyyəti bölüşür. Biz özümüzü müdafiə etmək və təhlükəsizliyimizi qorumaq üçün daha çox şey etməyə hazırıq”, – Ço deyib.
Digər tərəfdən, Trampın vitse-prezidentliyə namizədi Ceyms Vens dünən verdiyi açıqlamada, "ABŞ üçün ən böyük təhlükəsizlik təhdidinin Çindən gəldiyini”, – iddia edib: “Özünüzə bu sualı verin. Çini daha çox nə çəkindirəcək? Avropada sərt davranmağımızmı, yoxsa Çinin Tayvanı işğal etməsinin qarşısını alacaq silahlarımızın olmağımı?”