Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:07 | 20 iyul 2024 | Şənbə
Məqaləyə 463 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İyunun 27-nə keçən gecə ABŞ prezidentliyinə namizədlər Co Baydenin Donald Trampla canlı yayımda debatının əks-sədaları davam edir. Bir çox Amerika mediasında Demokratik Partiya üzvlərinin 81 yaşlı Baydeni noyabrın 5-də keçiriləcək prezident seçkilərindən geri çəkmək üçün necə hərəkətə keçdiyi barədə xəbərlər var.
Bugünkü xəbərlərdə CNN, getdikcə geri çəkilmə çağırışları ilə üzləşən ABŞ prezidentinin ən tənha dövrünü yaşadığını iddia edir. Onun getdikcə daha daralan çevrəsinin mümkün seçki nəticələri ilə bağlı Baydenə yanlış məlumat verəcəyinə dair qorxular var. 20-dən çox mənbəyə əsaslanan xəbərlərdə Baydenin işçilərinin seçkilərdəki məğlubiyyətini qəti olaraq görərək özəl sektora keçməyə hazırlaşdıqları bildirilir.
Eyni xəbərdə Demokrat Partiyasının qubernatorlarından birinin “Növbəti 72 saat vacibdir, bu uzun müddət davam edə bilməz”, – dediyi qeyd edilir.
Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi mövzu ilə bağlı xəbərlərdə ən çox bəhs edilən adlardan biridir. “Washington Post” üç fərqli mənbəyə əsaslanaraq verdiyi xəbərdə öz səhifələrində Demokrat Partiyasının qalib gəlməsini çox istəyən 84 yaşlı siyasətçinin Baydeni geri çəkilməyə razı sala biləcəyinə inandığını bildirib.
“Wall Street Journal” həmçinin partiyanın aparıcı fiqurlarının Baydensiz prezidentlik yarışına hazırlaşdığını irəli sürür. Həm Demokrat Partiyasının siyasətçiləri, həm də donorlar səsvermənin zəif nəticələrindən sonra yeni namizəd irəli sürmək üçün birləşdikləri bildirilir.
Demokrat Partiyasının yüksək səviyyəli mənbələrinə əsaslanan xəbərdə iddia edilir ki, Senatda çoxluq lideri Çak Şumer yeni namizəd üzərində işləməyə başladıqlarını əsas donorlarla paylaşıb.
“Bayden geri çəkilməsə, ianə verməyəcəyik” mesajına məruz qalanlar arasında Nümayəndələr Palatasının Demokrat Partiyasının liderlərindən Hakim Ceffrisin də olduğu vurğulanır.
“The New York Times” da həftələrdir geri çəkiləcəyi iddialarına qarşı çıxan Baydenin bu mövzuda geri addım atmağa hazırlaşdığını iddia edir. Üç Ağ Ev müxbirinin yazdığı və “Baydenə yaxın birdən çox adam”a əsaslanan xəbərdə, ABŞ prezidentinin Kamala Harrisin adının namizədlik bülletenində birinci yerə çıxarılması üçün hərəkətə keçməsinin sürpriz olmayacağı bildirilir.
***
Senator Con Tester ABŞ prezidenti Co Baydeni geri çəkilməyə açıq şəkildə çağıran ikinci Demokratik Partiya siyasətçisi oldu. O, bu gün mətbuata verdiyi açıqlamada Baydenin xalqa göstərdiyi xidmətlərə və ölkəsinə olan bağlılığına görə təqdir etdiyini vurğulayaraq, bir müddət daha seçilməməli olduğunu bildirib.
Demokrat senator Peter Uelç, “Washington Post” üçün yazdığı məqalədə Baydenin dövrün ən yaxşı prezidentlərindən biri olduğunu bildirib: “Bizi əvvəllər Trampdan xilas etdi, indi də bizi yenidən xilas etmək istəyir, amma vəziyyəti yenidən dəyərləndirməlidir. Bunun üçün ən uyğun namizədin o olmadığını düşünürəm”, – deyib.
İddia olunur ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama da keçmiş müavinin namizədliyini nəzərdən keçirməli olduğunu düşünür. Əvvəlki günlərdə “Washington Post” Obamanın öz narahatlığını yaxın ətrafı ilə bölüşdüyünü bildirmişdi.
***
“Covid-19” diaqnozundan sonra özünü təcrid edən Bayden, yüksək səviyyəli demokratların, donorların və millət vəkillərinin artan çağırışlarına baxmayaraq, geri çəkilə biləcəyi ilə bağlı heç bir açıqlama verməyib. Onun məsləhətçiləri Baydenin adının seçki bülletenində olacağını mübahisə etməyə davam edirlər.
Bayden prezidentlik debatındakı çıxışı tənqidlərə səbəb olduqdan sonra səhhətinin əvvəlki kimi olmadığını etiraf etsə də, Trampa qarşı hələ də ən yaxşı alternativ olduğunu iddia edərək, yarışdan geri çəkilməyəcəyini açıqlayıb.
***
Ölkədə aparılan bir çox sorğular Baydenin mühüm ştatlarda Trampdan geri qaldığını göstərir.
Digər tərəfdən Tramp Respublikaçılar Partiyasının prezidentliyə namizədliyini rəsmən qəbul edib. Tramp iyulun 13-də seçki mitinqində sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Miloukidə keçirilən Respublikaçılar Partiyasının Milli Konqresində o, “Mən ölkənin yarısının deyil, bütün Amerikanın prezidenti olmaq namizədliyini qəbul edirəm”, – deyib.