Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:11 | 21 iyul 2024 | Bazar
Məqaləyə 370 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Donald Tramp şənbə günü Miçiqanda keçirilən mitinqdə Şimali Koreya lideri Kim Çen Inla dostluğunu yada salıb və onu beysbol oyununa aparmaq istədiyini bildirib. ABŞ-ın keçmiş prezidenti vəzifədə olarkən Kimlə çox yaxşı “anlaşdığını” bəyan edib.
Tramp Şimali Koreya lideri haqqında bunları deyib: “Anlaşmaq yaxşıdır, pis deyil. Mən ona dedim ki, niyə başqa iş görmürsən? Onun etmək istədiyi yeganə şey nüvə silahı almaq və yaratmaqdır”.
Mən ona “dincəl, sakit ol” dedim. Əlində kifayət qədər var. O qədər çox nüvə silahı var ki.
Dedim ki, rahat ol, beysbol oyununa gedək, sənə beysbol oynamağın yollarını göstərəcəyəm. Yankilərə baxmağa gedərik.
Keçmiş prezident cümə axşamı Viskonsin ştatının Milouki şəhərində keçirilən Respublikaçı Milli Konqresində də oxşar bəyanatlar verib.
“Mən onunla yaxşı anlaşıram və o, məni prezident kimi görmək istəyir”, Tramp açılış nitqində deyib.
“Mənə elə gəlir ki, o mənim üçün darıxır”.
Oval kabinetdə olduğu müddətdə diktatorla üzbəüz görüşlər keçirən Tramp 2019-cu ildə vəzifədə olarkən Şimali Koreyaya səfər edən ilk ABŞ prezidenti olub.
“Human Rights Watch” təşkilatına görə Şimali Koreya dünyanın ən repressiv ölkələrindən biridir. Təşkilat bildirir ki, Kimin rəhbərliyi altında “hökumət qorxu, işgəncə, edam, həbs, zorla yoxa çıxma və məcburi əmək təhdidlərindən istifadə etməklə xalqı itaətə məcbur edir”.
Buna baxmayaraq, Tramp Kimin liderliyini tərifləyir.
Tramp 2019-cu ildə “Twitter”də yazıb: “Mən səhv edə bilərəm, amma inanıram ki, Kimin ölkəsi üçün böyük və gözəl vizyonu var və yalnız mənim prezidenti olduğum ABŞ bu missiyanı həyata keçirə bilər".
Tramp həmçinin dəfələrlə Rusiya prezidenti Vladimir Putini (hətta 2018-ci ildə Helsinkidə keçirilən mətbuat konfransında ABŞ kəşfiyyatı ilə bağlı məsələdə onun tərəfini tutmuşdu) və Çin prezidenti Si Cinpini tərifləyib.
Lakin Tramp Avropa dövlət başçıları ilə dirsək-dirsəyə vurmaqla məşhurdur. Onun Macarıstan prezidenti Viktor Orbanla da çoxdankı dostluğu var.
Tramp eyni Miçiqan mitinqində Orbandan da bəhs edərək, ondan eşitdiyi tərifləri təsvir etdi.
Dünyanın dağıldığı və müharibələrin hər yerə yayıldığı bir vaxtda Viktor Orbandan problemin nədən ibarət olduğunu soruşduqda o, “Trampı geri gətirin. Hər şey bitəcək”, – demişdi.
Macarıstan lideri bu il Vaşinqtonda görüşəndə Trampı eyni şəkildə tərifləyib, keçmiş prezidenti “yaxşı dost” adlandırıb.