Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
22:49 | 21 iyul 2024 | Bazar
Məqaləyə 252 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
ABŞ seçki mitinqində Trampın sui-qəsd cəhdi və prezident Baydenin yarışdan geri çəkilməsilə daha da təlatümlü hal alan seçkiyə hazırlaşır. Günlərdir namizədliyini geri götürməsi ilə bağlı sıx çağırışlar edilən Bayden bu axşam gözlənilən bəyanatı açıqlayıb. O açıqlamasında öz yerinə namizəd kimi Kamala Harrisə işarə edib. Beləliklə, Baydenin yerinə namizəd ola biləcək mümkün adlar kimlərdir?
Yaxşı, indi nə olacaq?
Bu mərhələdə Demokratların kampaniyasının dəyişməsinin yeganə yolu Baydenin könüllü olaraq namizədlikdən çəkilməyə razılıq verməsi idi və belə də oldu.
Demokratlar Partiyası avqustda prezidentliyə namizədləri rəsmən irəli sürmək üçün bir araya gələcək və səsvermə bir namizədin nümayəndələrin mütləq əksəriyyətini qazanana qədər davam edəcək. Demokratlar Partiyasının Milli Qurultayında nümayəndələrdən kifayət qədər səs alan şəxs partiyanın rəsmi namizədi olacaq.
***
Sosial media hesabında paylaşdığı mesajda Bayden 2020-ci il seçkilərində Kamala Harrisin vitse-prezidentliyə namizəd kimi seçilməsinin verdiyi ən yaxşı qərar olduğunu qeyd etdi və dedi: “Bu gün Kəmalə bizim namizəd olmağım üçün tam dəstəyimi və təsdiqimi verirəm”, – deyib.
“Demokratlar, indi birləşmək və (Respublikaçı namizəd Donald) Trampı məğlub etmək vaxtıdır”, –Bayden mesajında deyib.
Baydenin mesajı ilə bütün gözlər 2020-ci ildə seçki kampaniyasında iştirak etdiyi üçün artıq məlumatlı olduğu düşünülən 59 yaşlı vitse-prezident Kamala Harrisə çevrildi.
***
“İpsos” və “Reuters” agentliyinin 1-2 iyul tarixlərində keçirdiyi sorğuda iştirakçılara “Bu gün seçki olsaydı kimə səs verərdiniz?” sualı verilib. Sorğuda ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama Donald Trampa qalib gələ biləcək yeganə Demokrat namizəd olub.
Sorğuda Demokratların ehtimal edilən yeni namizədi Kamala Harris Trampdan bir xal geri qalıb.
Kaliforniya qubernatoru Qeyvin Nyusom və ya Miçiqan qubernatoru Qretçen Uaytmer kimi digər yüksək profilli demokratlar Baydenin yarışda olmadığı təqdirdə Harrisə potensial olaraq daha güclü alternativlər kimi göstərilib. Bu adlar 2024-cü ildə prezidentliyə namizəd olmayacaqlarını bildiriblər, lakin bu prosesdən sonra nə baş verəcəyi hələ də qaranlıq qalır.
***
56 yaşlı Kaliforniya qubernatoru Qeyvin Nyusom, Bayden geri çəkiləcəyi təqdirdə alternativlər arasında yer almasını “cəfəngiyat” adlandırdı.
***
Miçiqan qubernatoru Qretçen Uaytmer, Baydenin 2020-ci ildə vitse-prezidentliyə namizədlər siyahısında idi və Demokratik Partiyanın aralıq seçkilərdəki güclü performansı qismən onun qubernatorluğu ilə əlaqələndirildi.
52 yaşlı Uaytmer daha sərt silah qanunlarının, abort qadağalarının ləğv edilməsinin və məktəbəqədər təhsil müəssisələrinin dəstəklənməsinin tərəfdarıdır.
Mütəxəssislər vaxtın məhdud olduğunu vurğulayır və Harrisdən başqa kimsə üçün seçki kampaniyası təşkil etməyin çətin olduğunu bildirirlər.
***
Bill Klinton və Hillari Klinton “X” sosial media platformasında birgə mesaj paylaşıblar: “Biz vitse-prezident Harrisi dəstəkləməkdə Prezident Co Baydenə qoşulmaqdan şərəf duyuruq və ona dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”.