Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
12:50 | 22 iyul 2024 | Bazar ertəsi
Məqaləyə 335 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Dünyada isə Co Baydenin noyabrda keçiriləcək prezident seçkilərdən geri çəkilməsindən və bundan sonra ABŞ-da nə baş verəcəyi və Baydenin yerinə kimin namizəd olacağı maraqla gözlənilir.
ABŞ prezidenti Bayden namizədliyini geri götürərkən, o, vitse-prezident Kamala Harrisə işarə edərək, Harrisin namizədliyini dəstəkləyəcəyini bildirib. ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Tramp Harrisi məğlub etməyin daha asan olacağını deyib. Harris demokratların namizəd olarsa, Trampın seçki kampaniyası necə dəyişəcək? Sorğular nə deyir?
***
Yaxşı, Trampın rəqibi Harris olsa, seçki kampaniyası necə dəyişəcək?
“Reuters”in məlumatına görə, Tramp qərarsız seçicilərlə oynayacaq və mümkün yeni rəqibini məğlub etmək üçün diqqətini iki məsələyə yönəldəcək: immiqrantlar və yaşayış xərcləri. Respublikaçı namizədin təşviqat komandasındakı mənbələr “Reuters”ə bildiriblər ki, Trampın Co Bayden yarışı tərk etdikdən sonra Demokratların ehtimal olunan namizədi Harrisi “ikinci pilotu” kimi görəcək.
Mənbələrin “Reuters”ə verdiyi məlumata görə, Trampın təşviqat komandası həftələrlə Harrisin Baydenin namizədliyindən geri çəkilməsinə və öz partiyasının namizədliyini qazanmasına hazırlaşırdı.
Baydenin bazar günü elanından qısa müddət sonra CNN-ə açıqlama verən Tramp, "Harrisi məğlub etmək Baydendən daha asan olacaq”, – deyib.
Demokrat düşərgə Trampın mümkün qədər Baydenin immiqrasiya siyasətinə diqqət yetirəcəyinə işarə edib. Respublikaçılar bunun Meksika ilə cənub sərhədini qeyri-qanuni keçən immiqrantların sayının kəskin artmasına səbəb olduğunu deyirlər.
İkinci diqqət iqtisadiyyat ətrafında fırlanacaq. Rəy sorğuları ardıcıl olaraq göstərir ki, amerikalılar yüksək ərzaq, yanacaq qiymətləri və evləri bahalandıran alqı-satqıdakı faiz dərəcələrindən narazıdırlar.
***
Demokratik Partiya hələ necə davam edəcəyinə qərar verməyib və Baydenin təsdiqinə baxmayaraq, Harrisin partiyanın namizədi kimi çıxacağına hələ heç bir zəmanət yoxdur.
Siyasi strateqlər Harrisin Demokratik namizəd kimi yarışı, bəlkə də gözlənilməz yollarla dəyişdirəcəyini söylədi.
ABŞ-ın 248 illik tarixində hələ də qadın prezident seçilməyib. 78 yaşlı Trampa qarşı mübarizə aparan 59 yaşlı qaradərili və asiyalı amerikalı qadın seçki yarışında tamamilə yeni dinamika yaradacaq, çünki onlar nəsil və mədəniyyət baxımından fərqlidirlər.
***
Keçən həftə keçirilən “CBS News” və “YouGov”un müştərək sorğusunda Tramp Harrisi 3 xal qabaqlayıb. Trampı dəstəkləyənlər 51 faiz, Harrisi dəstəkləyənlər isə 48 faiz təşkil edib.
“Economist” “YouGov”un 13-16 iyul tarixləri arasında apardığı və cümə axşamı dərc etdiyi sorğuya görə isə, Bayden 41-43 faiz səslə Trampa uduzurdusa, Harrisdə bu rəqəm bir az da pis 39-43 faiz göstərici ortaya qoyub.
Ötən çərşənbə axşamı “Reuters” “Ipsos” tərəfindən keçirilən və dərc edilən sorğu (Tramp-a sui-qəsd cəhdindən sonra) Bayden və Harrisin demək olar ki, statistik olaraq Trampla başa-baş olduğunu göstərib. Amma sorğuda iştirak edənlərin 69 faizi Baydenin prezidentlik üçün yaşlı olduğunu bildirib.