Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:53 | 24 iyul 2024 | Çərşənbə
Məqaləyə 506 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası komandası ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezidentlik yarışından çəkilməzdən əvvəl prezident Co Baydenin kampaniyasına bağışladığı 91,5 milyon dollardan istifadə etməyə çalışdığını iddia edərək ondan şikayət edib.
CNN-in məlumatına görə, Trampın seçki kampaniyasının baş məsləhətçisi Devid Uorrinqton Harris, Bayden və Baydenin seçki kampaniyasına qarşı Federal Seçki Komissiyasına (FEC) şikayət edib.
Uorrinqton şikayətində Harrisin prezidentlik yarışından çəkilməzdən əvvəl Baydenin seçki kampaniyası zamanı topladığı 91,5 milyon dollardan “istifadə etməyə çalışdığını” iddia edib.
Harrisin sözügedən ianə pulundan istifadə etmək səyini “fırıldaqçılıq” kimi xarakterizə edən Uorrinqton, federal kampaniyanın maliyyə qanununda “Kamala Harrisin Baydendən namizədliyi ələ keçirməsi və sənədləri dəyişdirərək Baydenin kampaniyasına nəzarəti ələ keçirməsi” ilə bağlı heç bir müddəanın olmadığını müdafiə etdi.
Harrisin seçki kampaniyasının sözçüsü Çarlz Lutvak isə şikayəti “əsassız” adlandırıb.
Lutvak, Harrisin komandasının yüzlərlə koordinasiyalı ofis və işçi ilə ianə toplamağa davam edəcəyini ifadə edərək, “Demokratların Tramp və müttəfiqlərini məğlub etmək əzmində olduğunu və Respublikaçıların bu vəziyyətə qısqanclıqla yanaşa biləcəyini”, – deyib.
“The New York Post”a görə, Harrisin kampaniyasının başqa bir rəsmisi də Bayden üçün vəsait toplama komitələrinin həm Bayden, həm də Harrisin adından səlahiyyətli olduğunu iddia edib.
***
Bazar günü, iyulun 21-də “X” hesabında verdiyi açıqlamada ABŞ prezidenti Bayden prezidentlik yarışından çəkildiyini və vitse-prezident Kamala Harrisin onun yerinə keçməsini tövsiyə etdiyini açıqlayıb.
Demokratik nümayəndə heyətinin yarıdan çoxunun dəstəyini qısa zamanda qazanan Harris bununla da partiyanın prezidentliyə namizədliyi üçün tələb olunan nümayəndə sayına çatıb.
Demokratlar Partiyasının prezidentliyə namizədi avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya qurultayında rəsmən müəyyənləşəcək.