Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:02 | 26 iyul 2024 | Cümə
Məqaləyə 574 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ, Böyük Britaniya və Cənubi Koreya Şimali Koreyalı hakerləri bütün dünya şirkətlərindən həssas hərbi məlumatları oğurlamaqda ittiham edib. ABŞ Dövlət Departamenti hakerlərin yeri və ya şəxsiyyəti barədə məlumat verənə 10 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.
ABŞ, Böyük Britaniya və Cənubi Koreya bildiriblər ki, hakerlər hərbi məlumatları oğurlamaq məqsədilə dünyanın müxtəlif yerlərində müxtəlif müdafiə və mühəndislik firmalarının kompüter sistemlərini hədəfə alıblar.
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA), Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) və Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) məsələ ilə bağlı birgə bəyanat yayıb.
Açıqlamada, Şimali Koreyanın dəstəklədiyi “Anadriel” və ya “APT45” adlı hakerlərin tank, sualtı qayıq, döyüş təyyarəsi, raket və radar sistemləri istehsalçıları da daxil olmaqla müxtəlif müdafiə və mühəndislik şirkətlərinin kompüter sistemlərini hədəfə aldığı bildirilib.
Açıqlamada Şimali Koreyalı hakerlərin Yaponiya və Hindistanda da müxtəlif sənaye sektorlarını hədəf aldıqları və “Andariel”in “ABŞ-da yerləşən bəzi səhiyyə təşkilatlarına qarşı fidyə proqramı əməliyyatları ilə casusluq fəaliyyətini maliyyələşdirdiyi” ifadə edildi.
ABŞ Ədliyyə Departamenti həmçinin Anadriel üzvü Şimali Koreyadan olan Rim Cong-Hyoka qarşı ittiham aktı dərc edərək, onun ABŞ-da yerləşən xəstəxanalardakı proqram təminatını sındırdığını və oradan əldə etdiyi fidyə gəlirləri ilə bütün dünyada dövlət qurumları üçün hakerlik fəaliyyəti təmin etdiyini iddia edib.
İddianamədə Rim və digər Şimali Koreyalı hakerlərin ABŞ Hərbi Hava Qüvvələrinin 2 bazasına, NASA-ya, eləcə də Tayvan, Cənubi Koreya və Çindəki bəzi təşkilatlara qarşı haker əməliyyatları həyata keçirdiyi qeyd edilib.
ABŞ Dövlət Departamenti həmçinin “Anadriel” üzvü Rimin yeri və ya şəxsiyyəti barədə məlumat verənə 10 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin əvvəlində verdiyi açıqlamada Şimali Koreyanın 2022-ci ildə əvvəlki ilə nisbətən daha çox rəqəmsal pul oğurladığını açıqlayıb.
Beynəlxalq müşahidəçilər bildirirlər ki, oğurlanan bu pullar Şimali Koreyanın sanksiyalara məruz qalan nüvə və raket proqramlarına köçürülüb.